Azərbaycan İdeyası

Bu azərbaycanlı ailə 25 ildir ət yemir - FOTO

Tarix:20-05-2019, 13:26
Baxış Sayı:159


Niftəliyevlər ailəsi 25 ildir ət və ət məhsulları yemir. Dörd nəfərdən ibarət olan ailə həm də yoqa ilə məşğuldur.

Korrupsiya-q.az xəbər verir ki, bu ailənin vegetarian olma da yoqadan qaynaqlanır.
“Bir heyvanı yemək üçün öldürməyi qəbul etmirəm. Vegetarian olmayanlara hörmətlə yanaşırıq. Amma mən, həyat yoldaşım və iki övladım ət yemirik. Bir kiloqram ətə verilən pulla bir həftə qidalana biləcəyimiz qədər tərəvəz alırıq”, - deyə ailə başçısı Ədalət Niftəliyev bildirir.
Ailə ətdən imtina etməyin çətin olmadığını deyir. Niftəliyevlərin əsas qida rasionunu süd, süd məhsulları və tərəvəzlər təşkil edir. Ailə bu cür qidalanmağın həm sağlamlıq, həm də iqtisadi baxımdan sərfəli olduğunu bildirir.
“25 ildə bir dəfə olsun xəstələnməmişik. Bizim yaşda olanlar səhhətlərində yaranan problemlə bağlı ən azı bir dəfə əməliyyat olunublar. Biz isə həkimə ehtiyac duymuruq”, - deyə Sevinc Niftəliyeva qeyd edir.
Hazırda ölkəmizdə 300-ə qədər ailə vegetariandır. Avropa ölkələrində isə onların sayı minlərlədir. Qeyd edək ki, vegetarianlar ət və ət məhsullarından imtina edərək, əsasən, tərəvəz məhsulları ilə qidalanırlar.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO