Azərbaycan İdeyası

Sabunçu-Bakı qatarında gediş haqqı məlum oldu

Tarix:22-05-2019, 11:30
Baxış Sayı:265


Sabunçudan Bakıya hərəkət edən qatarlarda gediş haqqı 50 qəpik təşkil edəcək. Oxu.Az-ın məlumatına görə, bu barədə AzTV-nin efirində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov məlumat verib.
Cavid Qurbanovun sözlərinə görə, qatarda gediş haqqı avtobuslara nisbətən daha ucuz olacaq. Eyni istiqamətdə marşrut avtobuslarında gediş haqqı 60 qəpikdir.
“Dayanacaqları nəzərə almaqla Sabunçu dəmir yolu vağzalından Bakı stansiyasına 15 dəqiqə ərzində çatmaq mümkün olacaq. Gələcəkdə dəmir yolu xətləri Əhmədli, Zirə, Pirallahı, həmçinin Heydər Əliyev adına Hava Limanına qədər uzanacaq”.
Qeyd edək ki, mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb