Azərbaycan İdeyası

Diri baba türbəsi bərpa olunacaq: nazir əraziyə baş çəkdi - FOTO

Tarix:27-05-2019, 14:16
Baxış Sayı:228


Qobustan şəhərində yerləşən Diri baba türbəsi bərpa olunacaq.

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Metbuat.az-a məlumat verilib.
M.ədəniyyət naziri Əbülfəs Qarayev, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Qobustan rayonu ərazisində yerləşən Diri baba türbəsində olublar.
Burada türbənin hazırkı vəziyyəti haqqında məlumat verilib.
Bildirilib ki, türbə həm yerli sakinlərin, həm də turistlərin mütəmadi ziyarət etdiyi məkanlardan biridir. Diri baba türbəsində ötən ilin fevral ayında naməlum şəxslər tərəfindən yanğın törədilib. Abidənin şəbəkə formasında olan pəncərələrinin bir hissəsi dağıdılıb, türbəyə ciddi ziyan vurulub.
Əbülfəs Qarayev Diri baba türbəsinin tezliklə bərpa olunmasının vacibliyini qeyd edib. Türbəyə abidə mühafizəçiləri tərəfindən daim nəzarət olunması və digər məsələlər barədə tapşırıq və tövsiyələrini verib.
Hazırda abidənin bərpa olunması layihəsi “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanır. Türbə bərpa olunduqdan sonra ərazidə ziyarətçilərin rahatlığını təmin etmək üçün infrastruktur yaradılacaq. Abidənin yerləşdiyi ərazi abadlaşdırılacaq.
ş.Qeyd edək ki, bir müddət əvvəl Oxu.Az Qobustan şəhərində yerləşən Diri Baba türbəsinin dağılmaq üzrə olduğuna dair məlumat yaymışdı. Saytımızın məsələni qabartmasından sonra Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilmişdi ki, abidənin bərpası nəzərdə tutulmur.

OXŞAR XƏBƏRLƏR
Daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 39 nəfər...
Daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 39 nəfər...
Bu gecə sonuncu Qədr gecəsidir
Bu gecə sonuncu Qədr gecəsidir
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA - VİDEO
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA - VİDEO
Bu fotodakı şəxslərin hamısı ölüdür - Tarixə düşən kadr
Bu fotodakı şəxslərin hamısı ölüdür - Tarixə düşən kadr
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Türkiyə və İran razılaşdı
Türkiyə və İran razılaşdı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
Mayda 14 gün iş OLMAYACAQ
Mayda 14 gün iş OLMAYACAQ