Azərbaycan İdeyası

Deputatdan Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı — MARAQLI TƏKLİF

Tarix:29-05-2019, 11:32
Baxış Sayı:206



Millət vəkili Aydın Mirzəzadə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolunu dəyərləndirərək paytaxt prospektlərinin birinin adının “Cümhuriyyət” prospekti adlandırılmasını təklif edib.
Korrupsiya-q.az xəbər verir ki, o, eyni zamanda cümhuriyyət liderlərinə abidə ucaldılmasını da təklif edib:

“Azərbaycan Xalq Cümhuriyyətinin böyük tarixi rolunun qiymətlədirilməsi üçün iki təklif irəli sürürəm:

1. Bakı şəhərində bir “Cümhuriyyət” prospekti olsun.
Ya mövcud prospektlərdən birinin adının dəyişdirilərək “Cümhuriyyət” prospekti adlandırmaq, ya da hansısa yeni bir prospekti bu adla adlandırmaq olardı.
“Cümhuriyyət” prospekti o şanlı tarixi bir daha hər birimizin yadına salar, o tarixə yüksək hörmətimizi bir daha göstərərdi.

2. Bakı şəhərində cümhuriyyət rəhbərlərinin heykəl kompleksinin qurulmasını təklif edirəm. Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Məmməd Əmin Rəsulzadə, Hacınski qardaşları, Xosrov bəy Sultanov və digərlərinin heykəl kompleksinin şəhərin mərkəzində ucaldılması Xalq Cümhuriyyətinin tarixinə bizim yüksək hörmətimizi bir daha nümayiş etdirmiş olardı”, - deyə millət vəkili qeyd edib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO