Azərbaycan İdeyası

Beş mindən çox sakin su ilə təmin olunacaq - Masazırda yeni şəbəkə qurulur - VİDEO

Tarix:11-06-2019, 13:50
Baxış Sayı:195



Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı yaxşılaşır. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə yeni su şəbəkələri qurur. Abşeron rayonunun Masazır qəsəbəsində icrasına başlanılan layihə çərçivəsində qəsəbənin Sarı Aşıq küçəsi və ətraf ərazilərdə yeni su şəbəkələri inşa edilir. Bu ərazilərdə əhali tərəfindən primitiv qaydada yaradılmış şəbəkələr olsa da istismar tələblərinə cavab vermir və tez-tez qəzalar baş verirdi. Xüsusilə yay aylarında yüksək ərazilərdə yerləşən evləri su ilə təmin etmək üçün təzyiqi artırmaq mümkün olmurdu. Buna görə də əhalinin bir hissəsi içməli suyu maşınlarla almaq məcburiyyətində qalırdı.
Layihə çərçivəsində müxtəlif diametrli borularla 18 km uzunluğunda su şəbəkəsi inşa ediləcək. Ümumilikdə bu layihədən 5 minədək sakin faydalanacaq.
Yeni yaradılan içməli su şəbəkəsi 2 nöqtədə əsas magistral xətlərə qoşulacaq. Bununla da relyef baxımından yüksəklikdə yerləşən yaşayış evlərini də dayanıqlı şəkildə içməli su ilə təmin etmək mümkün olacaq. Tikinti-quraşdırma işlərinin yay aylarında başa çatdırılması nəzərdə tutulur. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb