Azərbaycan İdeyası

GÖYÇƏ GÖLÜ MƏHV OLUR – BBC-DƏN HƏYƏCAN TƏBİLİ

Tarix:10-07-2019, 14:12
Baxış Sayı:168

Korrupsiya-q.az xəbər verir ki, Cənub Qafqazın ən böyük gölü sayılan Göyçə məhv olmaq təhlükəsi ilə üzləşib.

BBC xəbər verir ki, buna səbəb gölün səthində dəniz yosunlarının sayının kəskin sürətlə artmasıdır.
Yaşıl və göy rəngli həmin yosunlar xüsusi toksik maddə buraxaraq suyun tərkibini və keyfiyyətini dəyişir.
“Sevan (Göyçə) gölü bu gedişlə bataqlığa çevriləcək. Dəniz yosularının sayının artması və suyun səviyyəsinin enməsi burdakı balıqların da kütləvi ölümünə səbəb olacaq”- deyə Böyük Britaniyanın BBC telekanalındakı materialda qeyd olunur.
Ermənistan Zoologiya və Hidroekologiya İnstitutunun direktoru Boris Qabrileyan isə Göyçə gölü ətrafında istirahət məkanlarının, restoranların və yaşayış məntəqələrinin mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmamasını, çirkab sularının gölə axıdılmasını, həmçinin, gölün suyundan xüsusən yayda suvarma, təsərrüfat işlərində qeyri-rasional istifadə edilməsini əsas təhlükələr siyahısına daxil edib.

Göyçə gölü dəniz səviyyəsindən 1900 metr yüksəklikdə yerləşir. Sahəsi 1200 kvadrat kilometr olan gölün ən dərin yeri 79,7 metr təşkil edir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb