Azərbaycan İdeyası

Bakı metrosunda şok olay - ARAŞDIRMA BAŞLADI/VİDEO

Tarix:15-07-2019, 14:30
Baxış Sayı:169

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti vaqonda siqaret çəkən şəxslə bağlı araşdırmalara başlayıb.
Korrupsiya-q.az xəbər verir ki, bu barədə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda qurumda bununla bağlı ciddi araşdırmalar aparılır: "Qanunvericiliyə görə, metro ərazisində siqaret çəkmək qadağandır və buna görə cərimə də müəyyənləşib. Sadəcə, hələ ki, hadisənin nə vaxt və hansı qatarda baş verməsi məlum deyil. Buna görə, həmin şəxsin kimliyi metrostansiyalar və qatarlardakı kameralar vasitəsilə araşdırılır. Həmin şəxs tapılaraq barəsində qanunvericiliyin tələbinə uyğun tədbir görüləcək".
B.Məmmədov bildirib ki, bu işdə təkcə "Bakı Metropoliteni" deyil, həm də sərnişinlər məsuliyyətli olmalıdırlar: "Hadisə baş verən vaqondakı digər sərnişinlər bu barədə məlumat verməlidir ki, həmin şəxs dərhal aşkar edilsin".

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub