Azərbaycan İdeyası

2 şəhid anasından əsl vətənpərvərlik dərsi: TÜKLƏRİNİZ BİZ-BİZ OLACAQ - VİDEOMÜSAHİBƏ

Tarix:23-07-2019, 13:59
Baxış Sayı:159




İnsanlığın başına gələn ən böyük bəlalardan biri, hətta birincisi müharibədir.

Siyasi intriqalar, iqtisadi qarşıdurmalar və bu kimi müxtəlif qlobal səbəblərdən Yer kürəsi düz iki dəfə ən böyük müharibəyə ev sahibliyi edib.

Azərbaycan üçünsə müharibə tamam başqa bir anlayışdır. Əsrlərdir tarixi köklərinə sidq ürəkdən sadiq qalan, kiçik bir ənənəsinə belə xəyanət etməyən bu xalqın yaxşı niyyəti pis mənada həmişə onun başında çatlayıb.

Müharibə dəhşətdir.

Müharibə ağrıdır.

Müharibə insanlığa xəyanətdir.

Müharibə itkidir.

Özü də bəzən bir yox, iki itkidir. Minlərlə itkiyə bədəl...

Müharibənin əziyyəti, ağrısı yaşandığı dövrdə bilinmir. Ancaq sonrakı nəsil heç vaxt üzünü görmədikləri, ağrısını çəkmədikləri, çətinliklərini duymadıqları müharibənin nəticələrini yaşamağa məcbur olurlar. Buna “itirilmiş nəsil” deyilir. Yəni itirənlər, əslində, müharibə iştirakçıları deyil. İtirənlər bizik...

O itirənlərdən biri də Lətifə Novruzovadır. İki şəhid anası... Onun qarşı yatan qoşa dağları Murovdur. Onun and yeri Kəlbəcərdir. Onun arzusu isə...

Çox şükür ki, o da minlərlə şəhid ailəsi kimi boynubükük qalmayıb. Azərbaycan dişi ilə, dırnağı ilə onun övladlarının qanına sahib çıxıb. Onun başını uca edib. Çox şükür ki, o, dövlətinin qayğısını hər zaman hiss edir, etməkdədir.

Lətifə ananın həyat hekayəsini öz dilindən eşidin:
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb