Azərbaycan İdeyası

Bu videoya görə sürücü cərimələnmədi - Səbəb isə... VİDEO

Tarix:23-07-2019, 16:44
Baxış Sayı:169


Bu videoya görə sürücü cərimələnmədi -

Bakıda piyada xəttindən keçən qadının üzərinə maşın sürərək yolu keçən sürücü barədə rəsmi açıqlama verilib.

Korrupsiyaq.az bildirir ki, yayılan videogörüntüdə müşahidə edilir ki, 90 LP 055 nömrəli “Land Cruiser” markalı avtomobil piyada xəttinə daxil olur və həmin zaman zolaqda hərəkətdə olan piyada qadınla qarşılaşır. Bu zaman sürücü dayanmayaraq yoluna davam edir və piyadaya yan hissədən bir qədər toxunur.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polkovnik Vaqif Əsədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin hadisə ilə bağlı sürücüyə heç bir cərimə yazılmayacaq: “Həmin yerdə piyada xətti işıqforla tənzimlənir. Nəqliyyat vasitələrinə yaşıl işıq yandığı zaman qadın piyada yola daxil olur. Əvvəl dayanır, sonra hərəkət edir, axırda isə çantası ilə maşını vurur ki, ona yol versin. Burada açıq-aşkar günah xanımdadır. Buna görə də sürücü cərimə olunmayacaq. Piyadalar yollarda qanunlara uyğun hərəkət etməlidirlər. İşıqforla tənzimlənən piyada xətlərində yolu yalnız onlar üçün yaşıl işıq yanan zaman keçməlidirlər”.

Qeyd edək ki, videonu avtosfer.az saytı yayımlayıb.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı