Azərbaycan İdeyası

DEPUTATIN 250 MİNLİK MAŞINI VAR? – AÇIQLAMA

Tarix:31-07-2019, 13:34
Baxış Sayı:144


Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli 250 min manatlıq avtomobilinin olması ilə iddiaya münasibət bildirib.
Korrupsiya-q.az xəbər verir ki, T.Kərimli “Report”a açıqlamasında deyib ki, bu iddianın əsası yoxdur.
Deputatın sözlərinə görə, sürücüsünün idarə etdiyi “BMW” markalı avtomobil 2004-cü il istehsalıdır: “Bu avtomobilin qiyməti 250 min manat necə ola bilər?! Əsası olmayan belə fikirləri mühacirətdə yaşayan biri tirajlayır. Onun qeyri-ciddi açıqlamalarına reaksiya vermək fikrim yox idi. Hətta bir dəfə demişdi ki, Tahir Kərimli İsmayıllıda işlədiyi vaxtda bir qadını üç dəfə eksqumasiya etdirib… İndi də daha bir yalan tirajlayıb. Bir başqası da demişdi ki, Tahir Kərimlinin qardaşına tikinti şirkəti hədiyyə edilib. Təəssüf edirəm ki, bəzi insanlar belə yalanlara inanırlar. Deyir ki, Tahir Kərimlinin əvvəllər heç nəyi yox idi, indi isə 200-300 min manatlıq avtomobil idarə edir. Əksinə, sovet dövründə qardaşlarımın, yeznələrimin, özümün ən müasir avtomobillərimiz var idi. Amma indi nə qardaşlarımın, nə övladlarımın avtomobili var. Oğlum dostunun “Niva” markalı avtomobilini idarə edir. Heç nəyim yoxdur, hər şeyimi itirmişəm, amma əvəzində dövlətimiz azad, müstəqil olub. İyirmi iki il maaş almamışam, qohumlarımın da bir hissəsi az müddət öncə müvəqqəti işlə təmin olunub. İxtiyarımda olan avtomobil Vəhdət Partiyasının qeydiyyatındadır. Bahalı avtomobilim də ola bilər, buna görə kimsə mənə söz deyə bilməz. Məmur deyiləm ki?! Bahalı avtomobilim yoxdur, təki olaydı… Açığı, avtomobili yeniləmək fikrim var, bu da təbii ki, imkana baxır… İnşallah, yeniləyəcəyik. Yalan informasiyalarla insanları gözdən salmaq olmaz. Biz deputat olmamışıq ki, özümüzə hansısa şəraiti quraq… Əməkhaqqımızı alırıq, vətənimizə, seçicilərimizə xidmət edirik”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb