İxtisas seçiminin başa çatmasına artıq 6 gün qalır.
Hazırki gedişata görə, bu il ixtisas qrupları üzrə ən gərgin vəziyyət III ixtisas qrupunda müşahidə olunur.
Maraqlıdır ki, bu gərginliyin yaranmasına səbəb nədir?
Təhsil eksperti Elçin Əfəndi Redaktor.az-a açıqlamasında bildirib ki, bu gərginliyin əsas səbəbi III ixtisas qrupuna müraciət edənlərin sayının daha çox olmasıdır:
“II ixtisas qrupuna hazırlaşanların III ixtisas qrupuna gəlməsi (tarix fənninə görə) gərginliyi daha da artırır. Subbakalavrların da bu mübarizəyə qoşulması əlavə gərginlik mənbəyi hesab olunur. Kurikulum sistemində hazırlaşanların humanitar fənləri daha asan idi. Ona görə də ən çox 600 balı keçən abituriyent məhz III ixtisas qrupundadır. Çünki onların fənləri olduğu kimi qalmışdı”.
[xfgiven_embed] [/xfgiven_embed]
[xfgiven_youtube][/xfgiven_youtube]