Azərbaycan İdeyası

"Lotu Quli"nin imzası erməniyə görə saxtalaşdırıldı - QALMAQAL

Tarix:19-08-2019, 16:15
Baxış Sayı:177


Azərbaycanlı qanuni oğru Nadir Səlifovla (Lotu Quli) Kutaisi oğruları arasında ciddi qalmaqal yaranıb.

Musavat.com-un xəbərinə görə, erməni əsilli Artur Atabekyana “oğru" səlahiyyətləri verməsi ilə bağlı həbsxanaya göndərilən “proqona” Qulinin də adı yazılıb ki, bu da azərbaycanlı qanuni oğrunun ciddi narazılığına səbəb olub. Quli hazırda Tver bölgəsindəki həbsxanalardan birində olan Artur Atabekyana heç bir dəstək vermədiyini bəyan edib və adının “proqona” onun izni olmadan yazılmasına görə izahat istəyib.
Qeyd edilir ki, bu, Arturun kriminal güc kimi təsdiqlənməsi üçün edilən ikinci cəhddir. Avqustun əvvəlində Şakro Molodoy bu təşəbbüsü blok edib. Arturun namizədliyini vaxtilə Ded Xasanın kurasiya etdiyi “Kutaisi qruplaşması” dəstəkləyir. Quli də bu qruplaşmaya dəstək verib. Amma onlar Qulinin izni olmadan oğru məktubuna onun da adını yazmaqla ciddi səhvə yol veriblər.
İddia olunur ki, Quli bildirib ki, indi bu cür məktublu bəyanatların yeri deyil. Quli bildirib ki, əvvəla, erməni kriminalla iradlar var və bu həll edilmədən onun kriminal aləmin yüksək mərtəbəsinə qəbulu yolverilməzdir. İkinci tərəfdən, indi Rusiyada qanuni oğrulara qarşı böyük bir savaş başlayıb və bu cür müzakirələr yersizdir. Quli sonda bildirib ki, "mənsiz istədiyinizi yaza və istədiyinizi edə bilərsiz".
Qulinin demarşından məyus olduqlarını gizlətməyən "Kutaisi" klanının bundan sonra nə edəcəyi ciddi maraq doğurur. Bildirilir ki, Quli indi bu yaxınlarda azadlığa buraxılan Tariel Oniani (Taro) və Merab Suximski ilə yaxınlaşmaqda maraqlıdır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO