Azərbaycan İdeyası

Deputat: "Minimum pensiya məbləği əhəmiyyətli dərəcədə artıb"

Tarix:19-08-2019, 16:38
Baxış Sayı:184



"Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar imzaladığı sərəncamlar ölkə vətəndaşlarının maddi vəziyyətinin yaxşılaşdırılması üçün atılan çox mühüm addımlardır". Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib. İ.Məmmədov bildirib ki, Prezident İlham Əliyevin sosial islahatlar paketi cari ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsində, ümumən sosial inkişafda inqilabi addımların atılması ilə nəticələnir. Bu il martın 1-dən həm minimum pensiyalar, həm də minimum əməkhaqqının məbləği orta hesabla 40 faiz artırılıb. Dövlət başçısının iyunun 18-də imzaladığı sərəncamlarla isə 1 milyon 350 min insanın əməkhaqlarında ciddi artımlar edilir. Onun sözlərinə görə, ölkə Prezidentinin təşəbbüsü ilə pensiyaların minimum məbləği də oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq. İlkin hesablamalara görə, yeni artım 660 mindən çox pensiyaçını əhatə edəcək. Bu il oktyabrın 1-dən etibarən ölkədə 200 manatdan aşağı pensiya alan vətəndaş olmayacaq: "Minimal pensiya səviyyəsinin artımı da il ərzində həyata keçirilən ikinci ciddi artımdır. Belə ki, dövlət başçısının təşəbbüsü ilə qəbul olunan qanunla bu il martın 1-dən minimal pensiya məbləği 116 manatdan 160 manata çatdırılmışdı. Cari il oktyabrın 1-dən isə ölkəmizdə minimal pensiya məbləği 160 manatdan 200 manata qaldırılacaq. Rəqəmlərdən də göründüyü kimi, bu il ərzində Azərbaycanda minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə artması təmin edilib". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.