Azərbaycan İdeyası

ƏRİ ÖLƏNƏDƏK HİCAB ÖRTƏN GƏLİN TANINMIŞ VƏKİL HƏMCİNSİ İLƏ RƏFİQƏ OLANDAN SONRA AÇIQ-SAÇIQ GƏZİR

Tarix:18-10-2019, 11:25
Baxış Sayı:1 724

Sadiq oxucularımız yəqin ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 48, mənzil 6 ünvanda yaşayan vətəndaş Qəribə Əjdər qızı Məmmədovanın şikayəti əsasında dərc etdiyimiz "TANINMIŞ XANIM VƏKİL ÖLDÜRÜLMÜŞ ELŞƏN MƏMMƏDOVUN HƏYAT YOLDAŞINA NİYƏ "TƏMƏNNASIZ" KÖMƏKLİK GÖSTƏRİR?" sərlövhəli məqaləni xatırlayarlar. Oxucularımız sırasına yeni qoşulanlara xatırladırıq ki, həmin məqalənin qayəsini təşkil edən şikayətdə Q.Məmmədova yazırdı ki, kriminal aləmin mənsublarına həm vəkillik, həm də vəkil kimi funksional vəzifələrinə aid olmayan, yəni, əlavə qeyri-prosessual xidmətlər göstərməsi ilə tanınan Təranə Əliyeva onun 2016-cı ildə Tiflis şəhərində öldürülmüş oğlu Elşən Məmmədovun ailəsini dağıdıb, Elşənin həyat yoldaşı Ülkər Rzayevaya məkrli məqsədlə himayədarlıq edir, onu dilə tutaraq 4 azyaşlı uşağı ilə birlikdə gəlini olduğu evi tərk etməyə, sonra isə məhkəmədə mülki iddia ilə mənzil və qızıl tələbi irəli sürməyə təhrik edib. Şikayətçinin sözlərinə görə, Təranə Əliyeva Suraxanı rayon məhkəməsinin 6 iyun tarixli iclasına gələrək tələb edib ki, mərhumun qardaşı Əjdərə məxsus olan ev də alınaraq Ülkər Rzayevaya verilməlidir.
Oxucularımıza bu məsələ ilə bağlı sonrakı prosesləri də diqqət mərkəzində saxlayacağımızı söz vermişdik. Odur ki, Q.Məmmədovanın redaksiyamıza göndərdiyi növbəti ərizədə və ona qoşma etdiyi Məhkəmə-Hüquq Şurasına müraciətnaməsinin surətində göstərdikləri barədə oxucularımıza məlumat verməyi özümüzə borc bilirik. Əvvəlcə şikayətçinin Şura üzvlərinə yazdıqlarına diqqət yetirək:
"Hörmətli Məhkəmə-Hüquq Şurasının üzvləri! Sizə bildirmək istəyirəm ki, Suraxanı məhkəməsinin hakimi Səlimə Miriyeva çox kobudcasına mənim hüquqlarımı pozub. 6 avqust 2019-cu il tarixdə mənim xəbərim olmadan məhkəmə prosesi keçirilib, mənə bildiriş göndərilmədən mənsiz qərar çıxarılıb. İnternet vasitsilə bilmişəm ki, məhkəmə keçirilib. Zəng edib hakim köməkçisi Vüqar müəllimə deyəndə ki, niyə bizə xəbər etmədiniz, cavab aldım ki, biz olmadan da qərar verilə bilər, çünki əvvəlki proseslərdə biz olmuşuq. Hansı qaunda bu var? Niyə bəs qarşı tərəf məhkəməyə gəlməyəndə, amma mən orda olmayanda qərar verilmirdi? Amma mənim xəbərim olmadan mənsiz qərar verilir? Deməli, hakim qarşı tərəfə üstünlük verir?
İyul ayında mən etiraz ərizəsi verdim məhkəmənin sədri K.Əliyevin adına ki, hakim dəyişdirilsin. Qeyd etdim ki, məhkəmə protokolları mənə göstərilmədi, gizli saxlanıldı. Avqustun 1-də baş məsləhətçi zəng edib məni çağırdı məhkəməyə. Mən tələb etdim ki, mənə rəsmi cavab verilsin. Hətta elektron məktub da göndərdim. Məsləhətçi Niyaməddin müəllim dedi ki, narahat olamyım, məsələ sədrin nəzarəti altındadı, qanun pozulmayacaq, qarşı tərəfin hakim S.Miriyevanın yanında olmasından xəbərimiz var. Onu da qeyd edim ki, iyun ayında hakim köməkçisi Vüqar müəllim məndən 3 min manat ul istəyib. Bəyəm qərar pulla verilir? Vüqar müəllim həmçinin mənə dedi ki, qarşı tərəf daha çox pul verə bilər. Mən bu barədə Niyaməddin müəllimə deyib sədrə məlumat verməsini xahiş etdim. Dedi ki, "narahat olmayın, səs salmayın, biz kontrolda saxlayırıq, sizə yeni təklif olunsa, xəbər verin". 2 avqust 2019-cu il tarixdəki məhkəmə prosesində hakim S.Miriyeva çox əsəbi vəziyyətdə idi, üstümə qışqırdı i, niyə etiraz etmisiniz. Sədr də bilə-bilə ki, məndən rüşvət tələb ediblər, mənim etiraz ərizəm qəbul olunmadı. Amma mənim qızım bütün səsləri yazıb, Vüqar müəllimin necə pul istəməsi də, hakimin qışqırması da var orda. Hakimlərin etik davranış qaydalarını pozan S.Miriyeva özünü sanki bazarda hiss edirdi, məhkəmə zalında yox. Yüksək məhkəmə mədəniyyəti nümayiş etdirmək, ədəbli və nəzakətli olmaq əvəzinə məni hədələdi ki, etiraz ərizəmə görə mənə cərimə yaza bilər".
Q.Məmmədovanın MHŞ-na etdiyi müraciətnamə bu cümlələrlə yekunlaşır: "Təəssüf ki, demokratik Azərbaycan Respublikasında hələ də belə hakimlər var. Belələri çiçəklənən Azərbaycanın, cənab Prezidentin xalq üçün gördüyü işlərin üzərinə kölgə salırlar. Əks halda mən məcburiyyət qarşısında qalıb bu yaşımda Azərbaycan Respublikasının vətəndaşlığından imtin etməli olacağam".
Q.Məmmədovanın redaksiyaya yazdığı ərizənin mətni də onun MHŞ-na göndərdiyi müraciətnamənin mətni ilə həmahəngdir. Ərizədə əlavə olaraq bildirilir ki, keçmiş gəlini Ülkər Rzayeva ərinin sağlığında başı örtüklə gəzirdi, amma əri öləndən, daha doğrusu, indi - vəkil Təranə Əliyeva ilə rəfiqə olandan sonra küçədə açıq-saçıq geyimlərdə gəzir. Q.Məmmədova bu dediklərinin sübutu kimi xidmət edəcək fotoşəkilləri də redaksiyaya təqdim edib. Şikayətçi yazır ki, Ülkər dövlətdən 400 manat pul alır, biz də ona, uşaqlarına baxırdıq, amma onu bu cür yaşayış qane etmədi, açıq-saçıqlıa üstünlük verdi ki, bu da övladlarının - 12 və 13 yaşlı qızlarının, 10 yaşlı oğlunun tərbiyəsinə mənfi təsir edir.

Mövzuya qayıdacağıq.



Mövzuya qayıdacağıq.

Xuraman Quliyeva [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb