Azərbaycan İdeyası

Abiturientlər üçün "Dərs Evi"ndən hədiyyə: bir ay müddətində bütün fənlər ödənişsiz

Tarix:20-08-2019, 15:24
Baxış Sayı:147


2015-ci ildən fəaliyyət göstərən və ölkədə təhsilin inkişafına dəstək göstərən "Dərs Evi" tədris mərkəzi yeni Nərimanov filialı ilə qarşınızdadır!
Tədris mərkəzi 8-11-ci sinif şagirdlərinin Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanlarına, buraxılış və qəbul imtahanlarına hazırlıq, həmçinin, Ümumi İngilis dili, SAT, IELTS və xaricdə təhsil istiqamətləri üzrə ixtisaslaşıb. Burada şagirdlərin nəinki imtahana hazırlığına, onların motivasiya və psixoloji vəziyyətlərinin yaxşı olmasına da xüsusi diqqət ayrılır.
"Dərs Evi"ndə bütün dərslər Amerika və İsraildən olan ekspertlərin hazırladıqları unikal metodika əsasında keçirilir. Bu təcrübə DİM tələblərinə əsasən yerli proqrama uyğunlaşdırılıb.
Yeni Nərimanov filialının fəaliyyəti "Düzgün ixtisas seçimini necə etməli?" mövzusunda seminar ilə başladı. Tədbirin xüsusi qonağı BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli gələcəyin peşələri haqqında və ölkədə əmək bazarının tələbləri haqqında söz açdı, xarici və yerli praktikaları nümunə gətirdi.
Açılış günündə Dərs Evi qonaqlara maraqlı bir təklif elan etdi: Nərimanov filialına yazılan şagirdlər üçün DİM hazırlıqları üzrə 1 ay müddətində bütün fənlər ödənişsiz təklif olundu!
Gənclərə peşə seçimi zamanı dəstək olmaq, onlara düzgün istiqamət vermək məqsədilə "Dərs Evi" və Moskva Dövlət Universiteti "Peşə seçimi testi”ni təqdim etdilər. Bu test abituriyentlərin maraqlarını, şəxsi keyfiyyətlərini, bacarıqlarını qiymətləndirməyə imkan verir.
"Peşə oriyentator" kompleksi üzrə testi keçən hər kəs nəticələrini çap olunmuş şəkildə əldə edir və öz psixoloji portretini görür. Daha sonra testin nəticələrinə əsasən peşə konsultantı şagird ilə görüş keçirir və abituriyentə uyğun peşələrin siyahısını, bu peşələrin tədris olunduğu ali məktəblərin adlarını və bir sıra lazımlı tövsiyələri verir.
"Dərs Evi"nin "Get" xaricdə təhsil mərkəzi isə ABŞ, Kanada, Birləşmiş Krallıq, Almaniya, Çexiya, İsveçrə, Hollandiya, Çin, Yaponiya, Sinqapur, Malayziya, Cənubi Koreya, BƏƏ, Avstraliya və bir çox digər ölkələrə məktəb və universitet proqramlarını təklif edir.
Tədbir sual-cavab sessiyası ilə yekunlaşdı və hər kəs tədbirin qonağına maraqlandıqları sualları ünvanlayan bildi.
"Dərs Evi"nin ünvanları: Nərimanov filialı – Təbriz küçəsi 85 D; Yasamal filialı – Hüseyn Cavid pr. 87. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO