Azərbaycan İdeyası

Dövlət Sərhəd Xidmətinin 100 illiyinə həsr olunan markalar dövriyyəyə buraxılıb - FOTO

Tarix:22-08-2019, 13:33
Baxış Sayı:166


"Azərmarka" MMC Dövlət Sərhəd Xidmətinin (DSX) 100 illiyinə həsr olunan poçt blokunu dövriyyəyə buraxıb.
"Azərpoçt" MMC-dən Milli.Az-a bildirilib ki, poçt bloku 115x135 millimetr ölçülərində hazırlanıb və 3 markadan ibarətdir. Markaların ölçüləri isə 56x34 millimetrdir.
Dövriyyədə olan poçt blokunun tiraji 10 min nüsxə, hər bir markanın nominal dəyəri isə 3 AZN təşkil edir
Buraxılışa əlavə olaraq "Birinci gün" zərfləri 750 ədədlə tədavülə buraxılıb. Bu orijinal poçt markalı blok "Azərmarka"nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanıb. Layihə Fransanın "Cartor Security Printing" çap evində işıq üzü görüb.
Qeyd edək ki, birinci markada DSX-nın 100 illiyi münasibətilə buraxılmış xatirə medalı əks olunub, ikinci markanın üzərində qrafik şəkildə çiynində tüfəng, gözlərinə durbin tutmuş Azərbaycan sərhədçisi, üçüncü markada isə DSX akademiyasının və DSX xüsusi məktəbinin döş nişanları öz əksini tapıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb