Azərbaycan İdeyası

Tolikdən BŞİH-ə zibil ittihamı: Yalan yerə büdcədən pul xərclədilər

Tarix:2-09-2019, 13:38
Baxış Sayı:125

Tanınmış prodüsser, aparıcı Tarix Əliyev (Tolik) "Instagram" hesabında Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı maraqlı iddia ilə çıxış edib.
Korrupsiya-q.az xəbər verir ki, o, zibillərin çeşidlənməsi üçün paytaxta gətirilən zibil qablarındakı tullantıların digər zibillərlə eyni maşına boşaldıldığını bildirib və buna etiraz edib. Tolik BŞİH-in bu məqsədlə büdcədən aldığı maliyyə vəsaitinin boş yerə xərcləndiyinə diqqət çəkib.
"Zibillər eyni maşına qoyulub daşınır. Zibil qutularına büdcədən yalandan nə qədər pul xərcləndi, amma zibil maşınları eynidir", - deyə prodüsser deyib.
Məsələ ilə bağlı saytımıza açıqlama verən BŞİH-in mətbuat katibi İsrafil Kərimov bu iddianı əsassız adlandırıb. Onun sözlərinə görə, pilot layihə çərçivəsində Nərimanov rayonuna çeşidli zibillərin yığılması üçün üç ədəd xüsusi zibil daşıyan avtomobil cəlb edilib:
"Bunlar narıncı rəngdədir və üzərində müvafiq olaraq, "karton", "şüşə", "kağız", "metal", "plastik" sözləri yazılıb. Bu avtomobillər gün ərzində çeşidli atılan zibilləri yığır. Layihədən əvvəl təkrar emala göndərilən tullantılar günlük iki ton idisə, hazırda bu rəqəm 20 tonu keçib. Bu iddianın heç bir əsası yoxdur".


Фото профиля aliyevtarix
aliyevtarix
Ezizi dostlar cox maraglidi Bakimiza yeni zibil qutulari gelib . Ve bunlarin uzerinde yazilib ki , kagiz, şüşə, karton , kagiz , metal , pıastik bashga gutuya tulansin , amma birində yazilib " qarişig tulantilar " əyər bunlsr zibiı maşininda eyni yerdə yigikib garişirsa camahati gic yerinə niyə goyular ? Yalandan dövlət büdcəsindən nəgədər pul getdi gutulara amma zibil maşini eynidi [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO