Azərbaycan İdeyası

Təmizlikdən uzaq AXCP sədri Əli Kərimli...

Tarix:4-09-2019, 12:16
Baxış Sayı:133


YAXUD KƏRİMLİ AİLƏSİ LONDON MACƏRALARINA XƏRCLƏDİYİ MİLYONLARIN MƏNBƏYİNİ NİYƏ AÇIQLAMIR?

Müasir dövrdə informasiya və kommunikasiya vasitələri o qədər inkişaf edib ki, cəmiyyəti yalanla aldatmaq mümkün deyil. Hazırda hər bir Azərbaycan vətəndaşının da imkanı var ki, internetdə, “Youtube”da axtarış verib lazım olan informasiyanı, videonu tapsın və həqiqətləri bilsin.

Lakin çox təəssüflər olsun, bu gün hələ də elə adamlar tapılır ki, insanları, cəmiyyəti yalanları ilə aldada biləcəyini fikirləşir. Bu səbəbdən də total nəzarəti altında olan bir neçə “Youtube” kanalı yaradır, həmin kanallar da onun yalanlarını yayımlayır. Yayımlanan yalanları isə trollar və botlar çoxaldır, saxta ictimai rəy və adekvat reaksiya görüntüsü yaradırlar. Bizim də məqsədimiz bu cür yalanları ifşa etmək, ictimaiyyətə ən doğrusunu çatdırmaqdır. Elə bu səbəbdən də bu gün AXCP sədri Əli Kərimlinin daha bir yalanını ifşa edəcəyik.

Ötən gün Fransada yaşayan Qənimət Zahidin “Azərbaycan saatı” kanalında canlı efirdə Əli Kərimli həyatının bəlkə də ən böyük yalanını danışdı. Əli Kərimli deyir ki, 1992-ci ildə AXC-Müsavat hakimiyyəti dönəmində Prezident Aparatında və 2 aylıq dövlət katibi vəzifəsində çalışanda təmiz işləyib.

Əli Kərimli çox güman ki, bunu yumor olaraq dilə gətirib. Çünki o, bunu bir həqiqət kimi ictimai rəyə sırımağa çalışsa, buna ancaq sadəlövh cəbhəçilər inana bilərdilər. Necə ki, illərdir anti-Azərbaycan fəaliyyətinə görə ayrı-ayrı təşkilatlardan, fondlardan müxtəlif təşkilatların adına aldığı 10 milyon dollardan artıq qrantı, ianəni ört-basdır etmək üçün guya oğlu Türkeli Britaniyada, Bristol Universitetində oxutmaq üçün həyat yoldaşına dövlət tərəfindən verilmiş 2 otaqlı mənzilin pulunu xərcləyib. Bu qədər də ağ yalan olmaz axı.

Birincisi, AXC-Müsavat hakimiyyəti dövründə dövlət katibinin hakimiyyətdə hansı vəziyyətdə olmasını Əli Kərimli şəxsən etiraf edib. Montaj deyil, quraşdırma yoxdur. 1993-cü ilin may ayının 25-də Prezident Aparatında keçirilən müşavirədə Əli Kərimli şəxsən deyir ki:

- “Respublikada bütövlükdə nəinki qanunçuluq, hətta icra intizamı xeyli dərəcədə aşağıdır. Prezident fərman və sərəncamlarının icrası qənaətbəxş səviyyədə deyil”.

- “Bu gün Azərbaycanın maddi sərvətləri qaçaqmalçılıq yolu ilə talan olunur. Respublikanın on minlərlə iribuynuzlu mal-qarası, minlərlə texnikası və digər maddi sərvətləri sərhəddən qaçaqmalçılıq yolu ilə keçirilir.”

- “İqtisadiyyatın bütün sahələrində cinayətkarlıq iri miqyas alıb”.

- “Dövlət əmlakının talan edilməsi adicə hala çevrilib”.

- “Azərbaycan Respublikasının Milli Ordusunda külli miqdarda dövlət əmlakının mənimsənilməsinə şərait yaradılıb”.

Axı, bütün bu etiraflar Əli Kərimlinin dövlət katibi kimi tutduğu mötəbər vəzifəyə layiq olmadığını göstərmirmi? Əli Kərimli hansı mənəvi haqla deyir ki, “mən təmiz işləmişəm”. Ola bilər ki, Əli Kərimli dövlət katibi işləyəndə elə bir korrupsiya sistemi qurmuşdu ki, yalnız əlaltıları ələ keçirdi, özü isə “təmiz” qalırdı. Bu gün Əli Kərimlinin nəzarətindən kənar heç kəs qrant ala bilmir. Hazırda 1 dollar qrantın belə kiməsə qalmasına imkan yaratmayan Əli Kərimli dövlət katibi postunda olarkən, dövlətin talanmasına necə göz yuma bilərdi? Əlbəttə ki, mümkün deyil, hər bir talan prosesi onun razılığı ilə olurdu.

Əli Kərimlinin pula, var-dövlətə olan hərisliyini başqa bir misalla da isbatlaya bilərik. Hər kəs bilir ki, onun nəzarətində olan və Qənimət Zahidin baş redaktorluq etdiyi “Azadlıq” qəzetinə KİVDF tərəfindən 10 minlərlə manat yardım verilib. Vaxtilə “Azadlıq” qəzetində çalışmış jurnalistlər etiraf edirdilər ki, vaxt var idi qəzetin müxbiri uşağına ayaqqabı ala bilmirdi, amma Əli Kərimli qəzetin əməkdaşları üçün ayrılan vəsaiti son qəpiyinə qədər mənimsəyirdi. Hətta şahidlərin sözlərinə görə “Azadlıq” qəzetinin redaksiyasında pul üstündə “stul davaları” olurdu.

İkincisi, Əli Kərimli oğlu Türkel Kərimlinin təhsil, yaşayış və s. xərclərini heç də ikiotaqlı mənzilin satılması ilə qarşılamayıb. Əgər buna da isbat lazımdırsa, buyurun, adi hesablama aparaq. Başlayaq Britaniyanın Bristol Universitetində təhsil almaq üçün hazırlıq mərhələsindən.

Bizə ilk növbədə 100 avro əlaqələndirici təşkilata ödəmək lazımdır.

Daha 110 avro Britaniyaya viza almaq üçün ödənilir.

Universitetdə qeydiyyat xərci 50 funt sterlinq.

Orijinal dəvətnamənin çatdırılması 80 funt sterlinq.

Hava limanında qarşılanmaya və universitetə çatdırılmaya 50 funtsterlinq.

Dərs vəsaitlərinə və bank xərclərinə 85 funt sterlinq.

3 aylıq tibbi sığorta 90 funt sterlinq.

Bakıdan Londona təyyarə biletinə 1 nəfər üçün 2000 manat.

Beləliklə, Əli Kərimli oğlu Türkeli Bristol Universitetinə oxumağa göndərmək üçün təxminən 5 min manat xərc çəkməli idi.

İndi isə keçək Bristiol Universitetindəki xərclərə. Öncə onu qeyd edək ki, Bristol Universitetində humanitar ixtisasların illik təhsil haqqı 15000 funt sterlinqdən başlayır. Lakin tibb və hüquq ixtisasları çox bahadır. İllik təhsil haqqı 35000 funt sterlinqdən başlayır. Beləliklə, Əli Kərimli Türkelin bu universitetdə hüquq ixtisası üzrə təhsil alması üçün 4 ilə 140 000 funtsterlinq xərcləməli idi. Əgər Türkelin yalnız təhsil haqqını manata konvertasiya etsək, təxminən 300 min manat xərcləməli idi.

Hələ 4 il ərzində Türkelin Bristolda qalmaq, yaşamaq xərclərini, eləcə də cəbhəçilərin də etirafına görə, Əli Kərimlinin həyat yoldaşının oğlunun təhsil dövrü ərzində ayda iki dəfə Londona getməsinin də xərclərini topladıqda təxminən 500 min manatlıq bir xərc ortaya çıxır.

İndi sual edirik ki, Bakı şəhərində 2 otaqlı mənzilin qiyməti nə qədərdir ki, Əli Kərimli oğlunun xərclərini qarşılaya bildi? Lap fərz edək ki, təzyiqlə, şantajla evi kiməsə 100 min manata satdı. Bəs, qalan 400 min manat?

Biz hələ Türkelin Britaniyadakı eyş-işrət xərclərindən, onun hərbi xidmətdən yayındırılıb ABŞ-a qaçırılmasından, orada ili 50 min dollar olan magistr təhsilinə cəlb edilməsindən, qızı Selcanın Londonda oxumasından, 3-cü uşağının Londonda dünyaya gəlməsindən, son model “Mazda” maşını almasından danışmırıq. Əgər bu xərcləri də hesablamağa başlasaq, o zaman rəqəmi milyonlarla ifadə etməli olacağıq...

Əziz dostlar, indi siz deyin, bu Əli Kərimlinin “təmiz işləmişəm” və “oğlumu ikiotaqlı mənzilin pulu ilə oxutmuşam” kimi fikirləri nə qədər səmimi ola bilər? Əlbəttə ki, ola bilməz...

Bu dəfə də Əli Kərimlinin daha bir yalanını ifşa etdik. “Yalançını mənzilinə qədər qovarlar” deyiblər. Qovaq ki, yuvasına girsin, bir daha yalan danışmağa çalışmasın...

Ramil Vəlibəyov,

YAP Nizami rayon

təşkilatı GB sədrinin

müavini,

siyasi elmlər üzrə

fəlsəfə doktoru

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.