Azərbaycan İdeyası

Azərbaycan gəncliyinə etimad böyük, ümidlər sonsuzdur - İki sahil TV

Tarix:4-09-2019, 12:27
Baxış Sayı:156




Müsahibimiz YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucovdur

- Seymur müəllim, ulu öndər Heydər Əliyevin “Gənclər bizim gələcəyimizdir” tezisi bütün dövrlər üçün aktuallığını qoruyur. Bu baxımdan bugünkü Azərbaycan gəncliyinə diqqət və qayğını necə dəyərləndirirsiniz?

-Bu gün Azərbaycan gəncliyinin istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda əldə etdiyi uğurlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin məntiqi nəticəsidir. Uğurlu gənclər siyasəti gənc nəslin ölkənin ictimai-siyasi həyatında fəal iştirakına geniş imkanlar yaratdı. 1993-cü ilə qədərki dövrlə bu günümüzü müqayisə etdikdə bu fərqi daha aydın görürük. Ümumiyyətlə, müstəqilliyimizin ilk illərində gənclər siyasəti deyilən bir anlayış yox idi. Çünki həmin dövrdə ölkədə xaos yaşanırdı, bütün sahələr tənəzzülə uğramışdı. Əhalinin, o cümlədən gənclərimizin sabaha ümidləri yox idi. Gənclərin önə çəkilməsindən, hər hansı bir uğura imza atmalarından danışmaq qeyri-mümkün idi. Lakin 1993- cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışından sonra bütün sahələrdə olduğu kimi, gənclərin formalaşması yönümündə də uğurlu nəticələrə yol açıldı. “Gənclər haqqında” Qanun qəbul edildi. Gənclərin inkişafını stimullaşdıran forumlar keçirildi. İlk Gənclər Forumu 2 fevral 1996-cı ildə keçirildi. Ümummilli lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı Fərmana uyğun olaraq I Forumun keçirildiyi tarix - 2 fevral ölkəmizdə Gənclər Günü kimi təsis edildi. Ulu Öndərin mütəmadi olaraq gənclərlə görüşü, onların dövlət idarəçiliyində irəli çəkilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıqları və sair gənclərin özünəgüvəni artırdı. Bu gün gənclərimiz Azərbaycanın avanqard qüvvəsinə çevrilib, ictimai-siyasi proseslərdə fəal iştirakları ilə diqqət çəkirlər. Elə bir sahə yoxdur ki, orada Azərbaycan gəncliyi təmsil olunmasın. Bu gün həmin siyasətin dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gələcəyimiz olan gəncliyin malik olduğu potensialı ortaya qoymasına geniş imkanlar açır. Ölkə Prezidentinin gəncliyin inkişafı ilə bağlı təsdiqlədiyi Dövlət proqramlarının uğurlu icrası hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir. Bu gün yetişən gənclik sabahkı Azərbaycanın idarəçiləridir. Günümüzün gəncliyi məhz ulu öndər Heydər Əliyevin görmək istədiyi gənclikdir, azərbaycançılıq ideologiyasına sadiqdir. Gənclərimiz möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycanın daha da qüdrətlənməsinə, müstəqilliyimizin möhkəmləndirilməsinə öz töhfələrini verməyə səy göstərirlər.

- Qeyd etdiyiniz kimi, təsdiqlənən Dövlət proqramlarının uğurlu icrası gənclərimizin qarşısında yeni imkanlar açır. Bəs gənclərimizin onlara göstərilən etimadı doğrultmaq səviyyələri qaneedicidirmi?

-Ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən ibarətdir. Azərbaycan gəncliyi bu gün həqiqətən də fədakar gənclik kimi formalaşır. Azərbaycanın gəncliyi bu gün ölkədə keçirilən beynəlxalq yarışlarda, konfranslarda, forumlarda könüllü şəkildə fəaliyyət göstərir. Onlar çalışırlar ki, ölkə Prezidenti İlham Əliyevin Azərbaycanın gələcəyinə hesablanmış siyasətinin uğurla həyata keçirilməsinə az da olsa öz töhfələrini verə bilsinlər. Bax budur Azərbaycan gəncliyi! Bu gün Azərbaycan gəncliyi işğal altında olan torpaqlarımızın azad edilməsi üçün dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin hücum əmrini gözləyir. 2016-cı ilin aprel döyüşləri bunu bir daha təsdiqlədi. Gənclərimizin beynəlxalq səviyyəli yarışlarda qələbəsi, Azərbaycanın üçrəngli bayrağının yüksəklərdə dalğalanmasına, dövlət himnimizin səsləndirilməsinə yol açan uğurları daim ölkə Prezidenti İlham Əliyev tərəfindən yüksək dəyərləndirilir.

Düşünürəm ki, Azərbaycan gəncliyinə tam güvənə bilərik. Onlara etimad böyük, ümidlər sonsuzdur.

- Gənclərə diqqət və qayğı Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsas istiqamətlərindən biridir...

-Təbii ki, Yeni Azərbaycan Partiyasının fəaliyyətinin prioritet istiqamətlərindən biri gənclərlə işdir. Partiya rəhbərliyi onlara diqqət və qayğını daim diqqət mərkəzində saxlayır. Təkcə paytaxtda deyil, regionlarımızda da bir sıra layihələr həyata keçiririk.

Artıq yeni layihəyə start verilib ki, burada da məqsəd regionlarımızda olimpiya idman hərəkatının gücləndirilməsinə dəstək olmaqdır. Bununla bağlı Xaçmaz, Masallı rayonlarında tədbirlər keçirilir. Yaxın zamanlarda “Yeni Siyasət Akademiyası” adlı layihəyə start veriləcək. Burada tanınmış siyasətçilərimiz 4-5 ay davam edən kurslarda gənclərə siyasi mühazirələr oxuyacaqlar. Layihənin sonunda gənclərə sertifikatlar təqdim ediləcək.

Gənclərlə bağlı ən böyük layihəmiz “Yay məktəb”lərinin təşkil olunmasıdır. Bu il “Yay məktəb”ləri Lerik və Oğuz rayonlarında həyata keçirildi. Milli Məclisin deputatları, həmçinin siyasətçilər və Yeni Azərbaycan Partiyasının rəhbər nümayəndələri ilə keçirilən görüşlər gənclərdə xoş təəssürat yaratmaqla yanaşı, onların zəngin biliklər qazanmalarında stimulverici amil rolunu oynadı. Həmçinin “Yay məktəb”ləri gənclərin asudə vaxtlarının təşkilində, bölgə gəncləri arasında ünsiyyətin qurulmasında əhəmiyyətli rola malikdir. Partiya rəhbərliyi “Yay məktəb”ləri ilə bərabər, “Qış məktəb”lərinin də həyata keçirilməsini planlaşdırır.

- Seymur müəllim, təəssüflər olsun ki, qloballaşan dünyamızda müxtəlif yollarla gənclərimizin şüuruna təsir göstərməyə çalışan ünsürlər mövcuddur. Gənclərimizi bu təsirlərdən qorumaq üçün hansı maarifləndirmə işləri həyata keçirilir?

- Bu gün mövcud olan ekstremist qruplar dünyanın ən böyük bəlasıdır. Sosial şəbəkələr vasitəsilə onların təsir imkanlarını məhdudlaşdırmaq mümkünsüzdür. Qanunvericilikdə belə bir tələb yoxdur. Amma bəzi dövlətlərdə bununla bağlı qanun mövcuddur. Düşünürük ki, bu, Azərbaycan üçün də zəruridir. Çünki sosial şəbəkələr vasitəsilə istənilən düzgün məlumatı səhv kimi də təqdim etmək olar. Burada söhbət nə müəllif, nə də insan hüquqlarının qorunmasından gedə bilər.

Gənclərimiz belə çağırışlara aldanmamalıdırlar. Həmin qüvvələr Azərbaycanı daxildən zəiflətmək, ölkəmizdəki sabitliyi pozmaq istəyirlər. Ölkədəki müəyyən dini icmalar və digər qruplar vasitəsilə öz bəd məqsədlərini həyata keçirməyə səy göstərirlər. Bu ssenarilərin əsas oyunçusu kimi gənclik seçilir. Azərbaycan xalqı, o cümlədən gənclərimiz dövlətimizin başçısı İlham Əliyevin siyasətini dəstəkləyir, onun ətrafında sıx birləşməklə bu ünsürlərin çirkin niyyətlərini həyata keçirmələrinin qarşısını qətiyyətlə alırlar.

Könül Əliyeva,

“İki sahil”
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO