Azərbaycan İdeyası

Bu məhsulların məktəb ətrafında yayılması qadağan edilə bilər - MM-də müzakirə olacaq

Tarix:4-09-2019, 15:33
Baxış Sayı:164



Sentyabrın 17-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçiriləcək.

Bu barədə Oxu.Az-a parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib.

O bildirib ki, iclasda payız sessiyası üçün nəzərdə tutulan iş planı, “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlara dəyişiklik müzakirə ediləcək.

Eyni zamanda "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı müzakirə aparılacaq.

Deputat qeyd edib ki, "Təhsil haqqında" qanuna təklif edilən dəyişiklik uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulları ilə bağlıdır.

"Sözügedən qanuna dəyişiklikdə uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun təhsil müəssisələrinin sərhədindən 150 metr az olan məsafədə yayılmasına yol verilməməsi göstərilib", - deyə İ.Həbibbəyli söyləyib.

Qeyd edək ki, "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı yaradılan İşçi qrup öz təkliflərini hazırlayıb.

Qanun layihəsinin maketi hazırlanıb və komitə üzvlərinə təqdim olunub. Xatırladaq ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb