Azərbaycan İdeyası

“PAŞA Bank” deputatın oğlunu məhkəməyə verdi

Tarix:6-09-2019, 13:54
Baxış Sayı:202




Millət vəkili Fəzail Ağamalının oğlu kredit mübahisəsinə görə məhkəməyə verilib.

Korrupsiya-q.az " FED.az-a istinadən xəbər verir ki, Elçin Ağamalıya qarşı iddia "PAŞA Bank" tərəfindən qaldırılıb. Nərimanov Rayon məhkəməsində hakim Solmaz Ədilovanın sədrliyi ilə baxılan işdə bankın Elçin Ağamalı ilə yanaşı “Altus” MMC, eləcə də Ülvi Bayramov və Suqra İmanova adlı digər iki şəxsə qarşı iddiası da araşdırılır. İddiaya səbəb adları qeyd olunanların ipoteka müqaviləsi üzrə mübahisələr – İpoteka borcunun ödənilməməsinin əmlaka yönəldilməsinə dair mübahisələrdir.
E.Ağamalı sayta açıqlamasında qeyd edib ki, ona məxsus "Altus" MMC 2015-ci ildə baş verən devalvasiyadan sonra çətin iqtisadi duruma düşüb: "Həmin vaxt şirkətə rəhbərlik edən direktor devalvasiyadan keçən müddət ərzində şirkətin işlərini sağlamlaşdırmaq və yaxşılaşdırmaq istiqamətində çabalarına baxmayaraq problemləri tam şəkildə həll edə bilməmişdi. Nəticədə şirkətimizin "PAŞA Bank"a müəyyən məbləğdə borcları qalmışdı".

Qeyd edək ki, sözügedən kredit manatla alınıb, amma şirkət xariclə, o cümlədən avrozona ölkələri ilə əməliyyatlar apardığına görə, devalvasiya nəticəsində çətinliklərlə üzləşib.
Bu məsələni, ümumiyyətlə şirkətin üzləşdiyi çətinlikləri həll etmək üçün E.Ağamalı 2019-cu ilin yanvar ayından etibarən şirkətdə direktor vəzifəsini öz üzərinə görürüb: "Ötən müddət ərzində şirkətin fəaliyyətinin yaxşılaşdırılması, sağlamlaşdırılması və yenidən gəlirlə işləyə biləcək səviyyəyə çıxması üçün çox işlər görmüşük, problemlərin böyük əksəriyyətini həll etmişik".
Nəticədə banka olan kredit borcunun bir qismi də ödənilib: ""PAŞA bank"ın məhkəmə müraciətindən sonra da, əvvəl də banka olan borcların bir qismi ödənilib. Və son qalan borcla bağlı da məbləğin dəqiqləşdirilməsi üçün ekspertizaya müraciət olunub və ekspertizanın nəticələri gəldikdən sonra borc dəqiqləşdirildikdən sonra qalan məbləğ də ödəniləcək və banka olan borc da bitəcək".
O qeyd edib ki, bankın məhkəmə iddiası şəxsən ona qarşı deyil, əslində şirkətə qarşı qaldırılıb. Sadəcə yanvardan direktor vəzifəsini yerinə yetirdiyinə görə, iddia ərizəsində E.Ağamalının da adı keçib: "Xeyli də işlər görülüb, şirkət də artıq zərərlə işləməkdən qurtarıb, mənfəətə çıxıb və ekspertizanın nəticələri məlum olan kimi kredit də bağlanacaq". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb