Azərbaycan İdeyası

"Əlimdəki faktları yaysam, AXCP-nin süqutu olacaq" - Zümrüd Yağmur

Tarix:24-09-2019, 15:50
Baxış Sayı:132



AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlının zorakılığına məruz qalan həyat yoldaşı Zümrüd Yağmur AXCP-nin sədri Əli Kərimlinin müşaviri Məmməd İbrahimin iddialarına cavab verib.
Məlumata görə, M.İbrahim F.Qəhrəmanlının ailəsində zorakılığın olmadığını, Z.Yağmur və onun qızlarına qarşı heç bir işgəncə verilmədiyini bildirib.
Məsələyə münasibət bildirən Zümrüd Yağmurun Məmməd İbrahimə səs yazısı ilə cavabı yayılıb.
Z.Yağmur əlində bu barədə konkret faktların olduğunu, həmin faktların yayılacağı təqdirdə AXCP-nin süqutu olacağını deyib: "Selcanı əməlli-başlı linç elədilər. Deyirlər ki, Selcan yalan deyir, Sənayın dizi qırılmayıb. İndi mən zəng vurub Məmməd İbrahimə dedim ki, sən hardan bilirsən? Dedim mənim səbrimi, qəzəbimi daşırmayın. İndi götürüb Sənayın ayağının qırılma anlarını, gipsli şəkillərini, raporunu, əlimin qırılmasını, gipsli şəkillərimi paylaşsam, arxasında dura biləcəksiniz? Yəni bu qədər ədalətsizlik, yalan olmaz. İndi də mənim uşağımın yalançı olması haqqında emosional durum, psixoloji durum budur deyirlər. Yəni bu qədər kor-koranə təəssübkeşlik olmaz. Eləyirsiniz eləyin, mən buna susuram, amma uşaqlarımı əzdirməyin üzərindən yox". (Trend) [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb