Azərbaycan İdeyası

Heç vaxt qurumayan Zəm-zəm bulağı barədə maraqlı faktlar

Tarix:26-09-2019, 09:32
Baxış Sayı:123


İslam dininin ən müqəddəs yeri sayılan Zəm-zəm bulağı Məkkə şəhərində, Kəbədən 20 metr şərqdə Məscidül-həramın ərazisində yerləşir. İslam inanclarına görə, bu bulaq min illər əvvəl, İbrahim peyğəmbərin oğlu İsmayıl susuzluqdan ağladığı zaman bir anda, möcüzəvi şəkildə Allah tərəfindən yaradılıb.
Hər il Həcc və ya Ümrə ziyarətlərinə gələn milyonlarla zəvvarın içdiyi və özü ilə götürdüyü Zəm-zəm bulağının suyunun sirri isə bu günə qədər də heç kimə məlum deyil.
Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına baxmayaraq, texnologiyaların son dərəcə inkişaf etdiyi bir vaxtda belə bu suyun mənbəyini müəyyən etmək mümkün olmayıb. Lakin buna baxmayaraq, bu su dünyanın ən sağlam və faydalı suyu hesab edilir. Oxu.Az dənizdən 80 kilometr uzaqlıqda yerləşən, ətrafında başqa heç bir quyu olmasa belə illərdir suyu qurumayan Zəm-zəm bulağı haqqında maraqlı yazını təqdim edir:
Təəccüblüdür ki, mənbəyi tapılmayan bu bulağın suyu heç vaxt qurumur. Hər il Həcc ziyarətləri ərəfəsində milyonlarla zəvvar bütün su ehtiyaclarını bu bulaqdan qarşılayır. Zəm-zəm quyusunun dərinliyi 30m, diametri 1,08 metrlə 2,66 metr arasında dəyişir. Maraqlısı budur ki, dərinliyi 1,5 metr olan bulağın suyunun səviyyəsində azalmanın olmaması mütəxəssisləri təəccübləndirir.
Gələk “Zəm-zəm” sözünə. Bu sözün ərəbcədən tərcüməsi “dayan” kimi tərcümə edilir. Əsrlər boyu haqqında danışılan, ölümsüzlüyün sirri hesab olunan Zəm-zəm suyundan nümunə götürülərək Avropadakı laboratoriyalarda incələnib. Araşdırmaların nəticəsində isə suyun tərkibində çox az miqdarda kükürd olduğu ortaya çıxıb. Daha bir araşdırma isə Amerikada aparılıb ki, onun da nəticələrinə görə, Zəm-zəm dünyada yeganə sudur ki, tərkibində mikroorqanizm və bakteriya ehtiva etmir.
Ümumdünya Səhiyyə Təşkilatı rəsmi olaraq Zəmzəm suyunun dünyanın ən içməli və sağlam sularından biri olduğunu açıqlayıb.
Mənbəyi hələ də tapılmayan quyuya suyun necə gəldiyi bu günə qədər müəmmalı olaraq qalır. Bir qrup alim suyun sirrini müqəddəs torpaqlardan qaynaması ilə əlaqələndirir. İçilən suyun bir anda aclıq hissini aradan qaldırması isə alimləri çıxılmaz vəziyyətdə qoyur. Alimlər həm də suyun qəribə tamı olduğunu iddia edir.
Başqa quyulardan fərqli olaraq, onun divarlarında mamır və başqa bitkilər bitmir.
Bu günə qədər bu suyun tərkibi haqqında müxtəlif iddialar ortaya atılıb. 1881-ci ildə Londonda kimyaçı Frankl tərəfindən hazırlanan “Zamzam” hesabatı və 1884-cü ildə “Ciddə” təşkilatı tərəfindən yayımlanan hesabatda, Zəm-zəm suyundan götürülmüş nümunələrin təhlil edildiyi və suyun tərkibində mikrob, xlor olduğu, şəbəkə suyu ilə müqayisədə daha bərbad olduğuna dair məlumat qeyd olunub.
Hesabat “Məkkə və Zəm-zəm” dəlilləri adlı bir kitabda da dərc edilib. Deyilənə görə, dövrün xəlifəsi Əbdülhəmid, Zəm-zəmlə əlaqəli iddia edilən məlumatları araşdırıb və mövzu ilə əlaqədar məlumat almaq üçün şəxsi həkimini Məkkəyə göndərib. Zəmzəmdən götürülmüş nümunələr yenidən test edilib. Nəticədə isə Zəm-zəmin ən təmiz, qoxusuz, qalıcı, sağlam və keyfiyyətli su olduğu qənaətiinə gəlinib”.
1971-ci ildə bir həkim Kəbənin suyunun Zamzam quyusunda toplandığını və Kəbənin dəniz səviyyəsindən aşağı olduğu üçün Zəm-zəm suyunun içməyə yararsız olduğunu iddia edib. Professor Zekai Şen xarici vətəndaşlar tərəfindən hazırlanan “Zamzam” hesabatlarının həqiqətləri əks etdirmədiyini, əksinə suyun keyfiyyətinin yüksək olduğunu, hazırlanan hesabatların qərəzli olduğunu diqqətə çatdırıb. Müvafiq hesabatların nəzərə alınmadığını deyən professor beş yeni hesabatın hazırlandığını da bildirib.
Amerikada aparılan araşdırmalarda isə Zəm-zəm suyunun tərkibində mikroorqanizm və bakteriya olmayan yeganə su olduğu təsdiqlənib. Digər sulara nisbətən daha çox qidalandırıcı və mineral maddələrlə zəngin Zəm-zəm quyusu yer üzündəki ən müqəddəs torpaqlarda yerləşir.
Deyilənə görə, İbrahim peyğəmbərin həyat yoldaşı Həcər xanım bulaqdan su doldurduqdan sonra onun dayanmasını, qurumamasını istəyərkən bir neçə dəfə "Zəm-zəm" (dayan) sözünü təkrarlayıb. Suyun səviyyəsinin azalmamasının məhz bununla əlaqəli olduğu deyilir.
Suyun şəfalı olduğu da dillər əzbəridir. Hər dərdə dəva olan sudan içənlər baş ağrısının, qızdırmanın dərhal düşdüyünü deyirlər. Hətta suyun görmə zəifliyini bərpa etdiyi də qeyd edilir.
Zəm-zəm suyunun keyfiyyəti iqlim və ətraf mühit şəraitindən, insanların sudan olduqca çox istifadə etməsi səbəbindən dəyişə bilir. Buna görə də suyun dadında müəyyən dəyişikliklərin olması mümkündür. Məhz bu səbəbdən mütəmadi olaraq Səudiyyə Ərəbistanı Geoloji Tədqiqat İnstitutu tərəfindən suyun keyfiyyətində ölçmələr aparılır.
Yaponiyalı alim Masaru Emoto Zəm-zəm suyunu tədqiq edib. Alim suyun tərkibindəki kristalları mikroskop altında nano texnologiyası ilə tədqiq edərək, suyun molekulyar (kristal) nizamının dəyişən tezliklərə görə fərqini qeyd edib. Suyun dəyişkən kristal quruluşa malik olduğunu görən mütəxəssis maraqlı hadisəyə şahidlik edib. O yazır ki, suyun tərkibindəki kristallar səsə reaksiya verir: “Zəng səsində suyun rəngi tündləşir, Quran oxunan zaman isə şəffaflaşır”.
O eyni zamanda suyun təribindəki mineralların nisbətini də qeyd edib: Kalsium 198 milliqram / litr, Maqnezium 43.7 milliqram / litr, Xlorid 335 milliqram / litr, Sulfat 370 milliqram / litr, Dəmir 0.15 milliqram / litr, Manqan 0,15 milliqram / litr, Qurğuşun 0.12 milliqram / litr.
Alim bildirib ki, möcüzəli suyun rəngi azan oxunan zaman şəffaflaşır. Bu, onu dünyadakı digər su quyularından ayıran əsas cəhətlərdən biridir.
Zəm-zəm suyu həzmetdirici keyfiyyətə malikdir. Onu dünyanın ən qazlı suyunun olduğu, Fransanın Evian bölgəsindəki su ilə müqayisə edirlər. Belə ki, həmin suyun 1 litrinin tərkibində 357 milliqram bikarbonat olduğu halda, Zəm-zəm suyunun 1 litrinin tərkibində 366 milliqram bikarbonat mövcuddur.
Zəm-zəm suyunun tərkibi bədəndə sümüklərin inkişafı üçün zəruri olan kalsium və maqnezium mineralları ilə zəngindir. Bu maddələr insan sağlamlığı üçün vacib duza olan ehtiyacı ödəyir. Daha da önəmlisi, Zəm-zəm suyunun mikrobları məhv edən və dişlərin sağlamlığı üçün əhəmiyyətli bir nisbətdə flüorid ehtiva edən xüsusiyyəti var.
Tibbə də məlum olduğu kimi, mineral su revmatik xəstəliklər üçün əvəzedilməz vasitədir. O eyni zamanda mədə qıcıqlarını, məcburi ishal və həzmsizliyi aradan qaldırır. Bədəndəki mineral çatışmazlığının aradan qaldırılmasına da kömək edir.
Almaniyalı mütəxəssis Knut Pfeiffer maraqlı Zəm-zəm suyu ilə apardığı maraqlı eksperimenti barədə yazıb. O, Reyn çayının suyu ilə Zəm-zəm quyusunun suyunu müqayisə edib. Reynin suyundan içən mütəxəssis həqiqətən də bir neçə dəqiqə sonra özünü halsız hiss edib. Daha sonra bir stəkan Zəm-zəm suyunu içən Knut 35 dəqiqə sonra vəziyyətinin normallaşdığını müşahidə edib. Baş verən hadisənin səbəbini izah edə bilməyən alim bunun son dərəcə möcüzəli olduğunu deyib.
Knut özünün maraqlı eksperimenti haqqında yazıb:
“Mən 1000 damcı şəbəkə suyuna (adi su) bir neçə damcı zəm-zəm suyu qatdım. Suyun tərkibi dəyişərək zəm-zəm suyuna çevrildi. Möcüzəli suyun qəribə xüsusiyyəti var. Öz tərkibini dəyişməyən su istənilən başqa suları öz tərkibinə qata bilir”.
Alim suyun yaddaşının olduğunu deyir. Onun gizli enerjinin növlərindən biri olması fikrini irəli sürür. O düşünür ki, möcüzəvi şəkildə suyun tərkibindəki kristallar onu eşidir, görür, hiss edir, o, insanın immunitetinin möhkəmlənməsinə kömək edəcək dərəcədə keyfiyyətləri özündə saxlaya bilir.
Bu sudan biznes məqsədilə istifadə etmək istəyənlər də az olmayıb. Lakin Zəm-zəm bulağının yerinin dəyişdirilməsi və satışa çıxarılması ilə bağlı sərt fikirlər də var. Bir qrup mütəxəssis, din xadimi Zəm-zəm suyunun biznes məqsədilə satışa çıxarılmasında bir problem görməsə də, bəzi din xadimləri bunun günah olduğunu deyirlər. Onların fikrincə, buna qətiyyən icazə vermək olmaz.
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri


 Heç vaxt qurumayan Zəm-zəm bulağı barədə maraqlı faktlar

 Heç vaxt qurumayan Zəm-zəm bulağı barədə maraqlı faktlar

 Heç vaxt qurumayan Zəm-zəm bulağı barədə maraqlı faktlar

 Heç vaxt qurumayan Zəm-zəm bulağı barədə maraqlı faktlar

 Heç vaxt qurumayan Zəm-zəm bulağı barədə maraqlı faktlar

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb