Azərbaycan İdeyası

Bu dəyirmanda hazırlanan un bir çox xəstəliklərin dərmanıdır - FOTO

Tarix:26-09-2019, 14:28
Baxış Sayı:104



Goranboyda qədim su dəyirmanına maraq çoxdur. İllər öncə rayonun Şadlı kəndində nə az, nə çox 6 su dəyirmanı olub. Hazırda isə onlardan biri işlək vəziyyətdədir. Dövrünün saylıb seçilənlərindən Şadlı İsgəndərə məxsus olan qurğunu indi onun nəvələri işlədir.
Yeniavaz.com xəbər verir ki, Kürək çaydan ayrılan suyun işə saldığı dəyirman 50 kiloqram buğdanı 1 saata üyüdür. Heç bir elektrik enerjisi sərf edilmdən çalışan su dəyirmanı elə qədimdə olduğu kimi işləyir.
Dəyirmançı Tağı Tağıyev deyir ki, Şadlı kəndi Goranboyun mərkəzindən 35 kilometr uzaqlıqda yerləşsə də, kənddə fəaliyyət göstərən su dəyirmanına maraq böyükdür. Göygöl rayonundan Şadlı kəndinə gələn sakinlər bu dəyirmanda üyüdülən unun keyfiyyətli, bişirilən çörəyin isə xüsusi qoxuya malik olduğunu deyirlər.
Buradan üydülən buğdadan alınan un bir sıra xəstəlikərin də dərmanı hesab edilir. Elə buna görə də Goranboyun Şadlı kəndində bir çox bölgələrdən, hətta xarici ölkələrdən də gələnlər olur. Şadlı İsgəndərin nəvələri isə dəyirmanı qazanc mənbəyi yox, abidə kimi qoruyub saxlamağı vacib hesab edirlər. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO