Azərbaycan İdeyası

"Onun gözü yaşlı geri qayıtmağı, gözlərimin önündən heç vaxt getməyəcək" - MƏTBUAT KATİBİ İLƏ SƏMİMİ MÜSAHİBƏ

Tarix:9-10-2019, 11:48
Baxış Sayı:173

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova BiG.AZ-ın sualların cavablandırıb.

-Səmayə xanım hər zaman təmsil etdiyiniz qurumun fəaliyyəti ilə bağlı sullar ünvanlayırlar. İstərdik ki, bu dəfə fərqlilik olsun. Bilirsiniz artıq 2019-2020-ci il tədris ili başlayıb.Sabahda müəllimlərimizin bayramıdır. İstərdik ki, məktəb illərinizdə yadda qalan xatirələrinizi bizimlə bölüşəsiniz.

- Düzü məktəb illəri haqqında danışmağı çox da sevmirəm. Bunun bir neçə səbəbi var. 20 yanvar hadisələri hələ də gözlərimin önündən getmir. Atamın gecə getməyi, səhərə kimi bizim gözləməyimiz, onun gözü yaşlı geri qayıtmağı, güllə səsləri, çörək növbələri, komendat saatı bütün bunların heç birini hələ də unuda bilmirəm. Amma nə yaxşı ki, bütün bunları yaşamışam, görmüşəm. O zaman həyata baxış tam fərqli olur. Həyatın qədrini daha çox bilib,onu daha çox sevirsən. Bizim dövrün gəncləri ilə danışanda görürsən ki, onların düşüncəsi, həyata baxışı fərqlidir. Məktəb illəri haqqında danışmağı sevməməyimin digər səbəbi bəzi müəllimlərim və onların sinifdə yaratdıqları ayrı-seçkiliklər, dərslərə qarşı laqeyidlikləri idi. Mən Xətai rayonundakı 63 saylı məktəbi bitirmişəm. Amma bir-iki müəllim var ki, mən onların əlindən öpüb, qarşılarında baş əyirəm. Onlarda biri ingilis dili müəllimim Zemfiradır. Qeyd edim ki, o heç də hər bir uşağın dözə bildiyi müəllimə deyildir. Çünki Zemfira müəllimənin xasiyyəti çox sərtdir. Mən, məhz ona minnətdar olaraq ingilis dilini öyrənmişəm. Rus dili müəlliməm Nailə xanımı çox sevirəm. Bu günə kimi mən ona xala deyirəm. Dil-ədəbiyyat müəlliməm Nəzakət xanıma çox böyük hörmətim var idi. Çünki mənim müsabiqələrə getməyimdə, şeiri düzgün söyləməyimdə, bu gün yaxşı nitqə sahib olmağımda Nəzakət müəlliməmin əziyyəti çoxdur. Düzü adlarını çəkdiyiyim müəllimlərimdən başqa qeyriləri haqqında danışmağı heç istəməzdim. Mənim məktəbimi bitirməyimdən 23 il vaxt keçib. Dəfələrlə məni məktəbə çağırıblar mən getməmişəm, düzü heç getmək istəmirəm də.
- Səmayə xanım elə şagird yoxdur ki, dərsdən bir dəfə də olsun qaçmasın.

- Dərsdən qaçmağım çox gülməli olmuşdu. Mən Biologiya dərsindən qaçmışdım. Guya qaçmışdım. Dərsin bitməsinə 5 dəqiqə qalmış evə getmişəm. O müddət ərzində isə qapının arxasında dayanıb dərsə qulaq asmışam. Səhər uşaqlar sual verəndə ki, əgər dərsdən qaçmısansa niyə qapının ağzında dayanıb dərsə qulaq asmısan? Mən sual verdim ki, bu dərsdən qaçmaq sayılmır ki, dedilər ki, yox. Uşaq vaxtı çox qorxaq olmuşam. Heç ağlıma gətirməzdim ki, bu qorxaqlıqla hansısa bir mərtəbəyə çataram. Anam hər zaman mənə deyirdi ki, sənin bu qorxaqlığından çox nigaranam. Taleyin necə olacaq? Amma zaman, və cəmiyyət insanı dəyişir.

"Onun gözü yaşlı geri qayıtmağı, gözlərimin önündən heç vaxt getməyəcək" - MƏTBUAT KATİBİ İLƏ SƏMİMİ MÜSAHİBƏ

- Aparıcı kimi fəaliyyət göstərdiyiniz dövrdə hansı maraqlı hadisələrlə qarşılaşmısınız?

- Mən 1998-ci ildən 2004-cu ilə qədər televiziyada çalışdım. 2004-cu ildə öz istəyimlə televiziyadan ayrıldım. Özümə də söz verdim ki, bir daha televiziyada işləməyəcəm. Canlı yayım riskdir. Əgər sən canlı yayıma çıxırsansa dediyin sözlər montaj olmadan efirə gedir. Gecikmə ola bilməz. Əvvəllər kiçik sujetlər hazırlayırdım. Sujetlərim bəyəniləndən sonra mənə 10 dəqiqəlik rubrika verdilər. 10 dəqiqəlik rubrikamda mənim aparıcılığımı çox bəyəndilər. Daha sonra mənə veriliş aparmağım təklif olundu. Veriliş canlı olmadığına görə istədiyim zövqü ala bilmirdim. Mən bizim departamentin rəhbəri Nadir Bədəlova yaxınlaşıb canlıya çıxmaq istədiyimi söylədim. O da bunun böyük risk olduğunu dedi. Mən Nadir müəllimi canlı yayıma çıxmağa razı saldım. İlk əvvələr həyəcanım çox olurdu. Bəzən qonaqlar gecikirdi.Bəzən gəlmirdilər. Ssenaridə yerindəcə dəyişikliklər etməli olurduq. Bir xatirə danışım. Ulu öndərimizin vəfatının qırxıncı günü mənim efirimə düşmüşdü. Mənə də deyilmişdi ki, cəmi bir saat efirdə olacam. Ssenari de məhz 1 saatlıq hazırlanmışdı. Faiq Ağayevin dahi klipinin ilk təqdimatı mənim efirimdə olmalı idi. Verilin sonuna bir neçə dəqiqə qalmış klipin təqdimatı oldu və klip efirə getdiyi anda kanalın prezidenti pilləkənləri iki-iki düşüb bildirdi ki, efir davam etsin. Verilişin çox gözəl hazırlandığı söylənilmişdi. Necə davam edəcəyimi bilmirdim. Çünki bütün ssenari ötən gündən hazırlanmışdı. O zaman indiki kmi deyildi. BTK kasetleri geri-önə etmək, dəyişmək əməlli zaman aparırıdı. Kanalın prezidenti mənə bildirdi ki, xəbərlər proqramının bu gün efirə gedəcək materialları sənə veriləcək. Rejissor baxıb deyəcək ki, hansı material nə haqdadır. Təsəvvür edin ki, hazırıqsız bir saat veriliş aparmalıyam. Dünyada köçmüş dahi sənətkarlarımız Arif Məlikov, İslam Rzayev, Yaşar Nuri, Elbəy Rzaquliyev, Rafiq Hüseynov və digərləri, eyni zaanda, bu gün həyatda olan sənətkarlar Fərhad Bədərbəyli, Fərhad Xəlilov, Eldar Mansurov və digər böyük, dahi sənətkarlarla müsahibələrim, gözəl münasibətlərim olub. Onlarla ünsiyyət özü bir kitab idi. Daim nə isə öyrənirdin. Onlarla müsahibələrin zamanı hər biri ulu öndərlə bağlı xatirələrini danışmışdı. O xatirələr, oxuduğum kitablar, məhz o gün xilsakarım oldu. Mənim üçün qürurlu an o oldu ki, birinci gün işə gələndə departament rəhbəri məni otağına çağırıb əlimi sıxıb bildirdi ki, sən peşəkarlığını nümayis etdirdin. Bu mənim üçün böyük mükafat idi.

- Bu gün bir çox televiziya aparıcıları tənqid olunur. Siz hansı aparıcıların təqdim etdiyi verlişlərə baxırsınız?

- Mən bütün kanallarımıza baxıram. İşimlə əlaqədar analtik və xəbərlər proqramlarına təbii ki, daha çox baxıram. Etiraf edim ki, bəzən zövqümdə olmayan verlişlərə də baxıram. Tamaşaçıların niyə bu aparıcını sevdiklərini, niyə bu verilişlərdən zövq aldıqlarını anlamaq istəyirəm. Düzünü, mənə müğənninin geyindiyi paltar, sürdüyü maşın, həyatında hansı kişinin olması maraqlı deyil. Amma müğənninin sənətində bir yenilik varsa o mənə maraqlıdır. Təbii ki, söhbət sənəti olan müğənidən gedirsə. Biz həyatımızdan, paltarlarımızdan, yediyimiz yeməklərdən danışıb, onların şəkilləörini bəh-bəhlə nümyiş etsirəndə düşünməliyik ki, buna həsrət olan insanlarımız da var.
- 2004-2005-ci illərdə Azərbaycan Respublikası Vergilər nazirliyində, 2005-2007-ci illər Azərbaycan Respublikası Səhiyyə Nazirliyində mətbuat katibi vəzifəsində çalışmısınız. 2007-ci ildən Azərbaycan Respublikası Gənclər və idman nazirliyində Mətbuat katibi vəzifəsini icra edirsiniz. Sizcə mətbuat xidmətinin rəhbəri təmsil etdiyi qurumun qarşısında yoxsa ictimaiyyətin qarşısında daha çox məsuliyyət daşıyır?

- Məncə balans qorunmalıdır. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri təkcə təmsil etdiyi qurumun qarşısında məsuliyyət daşımır. Bizim nazirlik gənclər və idman siyasətinə cavabdeh qurumdur.Hər hansı bir layihəni ictimaiyyətə təqdim edən zaman fikirləşməlisən bu nə qədər gənci, insanı maraqlandırır. Mən xəbəri saytlara ötürəndə auditoriyanı nəzərə alıram. Düşünürəm ki, bu xəbərlə istədiyim auditoriyaya çata bilirəmmi? Elə informasiya olur ki, onu ancaq dövlət agentliyinə vermək yetərli olur. Amma elə informasiya var ki, onun daha geniş yayılmasını önəmlidir. Çünki nəticədə, media monitorinq apararkən, müsbət effekti görmək əsas məqsədlərdəndir. Jurnalistlərin mənə göndərdiyi elə suallar var ki, onu həmin an cavablandıra bilmərəm. Təbii ki, elə olanda mən jurnalisti “iqnor” etməməliyəm. Çünki mən jurnalistlə işləyirəm. Onun mənə ehtiyacı olduğu kimi mənim də jurnalistə ehtiyacım var. Qarşılıqlı anlayış bizim münasibətlərdə əsas amillərdən biridir. Əgər jurnalistə bu məsələni araşdırıb sizə geri dönəcəm deyirəmsə, bunu etməliyəm. Mətbuat katibinin öz mövqeyi, öz baxışı olmalıdır. İnformasiya ötürmək əsas deyil. Əsas o informasiyanın səni hara aparacığını, nə qazandıracağını bilməkdir. Qısacası, mətbuat katibi, yeri gələndə öncə görücü də olmalıdır 

-Artıq 15 ilə yaxındır ki, mətbuat xidmətinin rəhbərisiniz. Bu gün bir çox mətbuat xidmətinin sahib olmadığı sevgiyə və hörmətə sahibsiniz. Sizə görə mətbuat xidmətinin rəhbəri necə olmalıdır?

- Məni tənqid edənlər də olur. Onların hər birinə anlayışla yanaşıram. Hətta qəzəbləndiyim, incidiyim zamanlar da olur. Reallığı bilmədən, əsasız danışanlar da olur. Mən jurnalistləri çox sevir və onların dəyərini bilirəm. Çünki mən də pilləkənlərdə də oturub, bütün tədbiri ayaqdada izləmişəm. Hətta gecə saatlarında bizi çəkilişə də göndəriblər. Müsahibə almaq üçün saatlarla soyuqda qapıda gözələmişəm. Mən bütün bunları unuda bilmərəm. Mənim üçün cənab nazir Azad Rəhimov özü böyük bir məktəbdir. Onunla bir başa ünsiyyətdə olmaq, fikir mübadiləsi aparmaq, dəstək olduğunu görmək təbii ki, mənim üçün çox böyük məna daşıyır. Əgər mətbuat katibi çalışdığı qurumun rəhbərliyinə birbaşa çıxa bilmirsə və onun yazdığı məlumat 4-5 nəfərin yoxlamasından keçib, 70 düzəlişdən sonra yenidən dövriyyə buraxılırsa bu iş çox çəkən deyil.

"Onun gözü yaşlı geri qayıtmağı, gözlərimin önündən heç vaxt getməyəcək" - MƏTBUAT KATİBİ İLƏ SƏMİMİ MÜSAHİBƏ

-Sizin və yaxud da sizdən inciyən jurnalistlər olubmu?

- İncidiyim jurnalistlər olub. Amma çox az. Qarşıma məqsəd qoyub, məni sevməyən insanı özümə dost etməyi bacarmışam. Bir zamanlar, heç də yola getmədiyimiz idman jurnlaistləri , bu gün çox etibarlı dostlardır. Səhiyyə nazirliyindən sonra gənclər və idman nazirliyinə gələndə, hətta məni qəbul etməyən, “idmandan başı çıxmır” deyənlər də olub. Amma zaman, səbr, işə olan sevgi və zəhmət çox şeyi dəyişir. Bu gün elə jurnalist dostlarım var ki, onlara utanmadan, çəkinmədən zəng edirəm, məsləhətləşirəm.

-Səmayə xanım hər bir insanın sevincini və kədərini bölüşdüyü yaxını, dostu olur. Sizin ən yaxın dostunuz kimdir?

-Mənim bəxtim onda gətirib ki, çox yaxşı dostlarım var. Ən önəmlisi çox yaxşı ailəm var. Mənim üçün atam qardaşımdır. Mən həm də ata nənəmin adını daşıyıram. Ona görə də bəzən atama- Tofiq müəllimə, oğlum deyə müraciət edirəm. O da mənə anam deyir. Anam- Esmira xanım mənim rəfiqəmdir. O, mənim nəfəsimdir. Mən həmişə deyirəm ki, atam mənim düşünən beynim, anam isə döyünən ürəyimdir. 2 bacım var: Elnarə və Aytən. Onlar sağ və sol qollarımdır. Dostlara gələndə isə mənim dünyaya gəldiyimiz gündən bir yerdə böyüdüyüm Ülviyyə Hüseynovanı, həmkarlarım İradə İbrahimova və Qulu Xəlilovu, Səhiyyə nazirliynidən Gülsüm Qurbanovanı, bu gün Türkiyədə həkin işləyən Könül əhmədovanı həyat doatlarım adlandıra bilərəm. Adlarını çəkmədiyim, amma güvənə biləcəyim, ürək sirdaşım olan etibarlı dostlarım var.

- Olduqca çox gözəl xanımsınız. Yəqin ki, sizə sevgi etiraf edən bəylər çox olub. Həmkarlarınızdan sizə sevgi etiraf edən olubmu?

- Həmkarlarımdan mənə xoş sözlər deyənlər olsa da mənə sevgi etirafı edən olmayıb.

- Sizin həyat yoldaşınız olmaq istəyən bəy hansı kriteriyalara sahib olmalıdır?

Ürəkli, güclü və mərd. Düşünürəm ki,artıq həyatımda belə bir insan var. Ona həm sirdaş, həm də də həyat dostu deyə bilərəm.

- Bir çox məşhurlar var ki, övladlığa uşaq götürürlər. Nə vaxtsa övladlığa uşaq götürmək istərdinizmi?

- Təbii ki, öz övladımın olmasını istərdim. Amma nəsib olmazsa övladlığa uşaq götürmək barədə düşünə bilərəm. Amma qorxuram. Çünki uşaq elədir ki, onu təkcə maddiyyatla təmin eləməyin yetmir. Sən diqqətin, qayğın və sevginlə onun mənəviyyatını da zənginləşdiirməlisən. Onu zamanla doğmalarından birinə çevirməlisən. Ən önəmlisi isə ailə üzvlərin də onu doğması kimi qəbul etməlidir. Bunun üçün də çox əziyyət çəkməlisən. Təbii ki, zaman hər şeyi göstərəcək.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb