Azərbaycan İdeyası

Keçmiş millət vəkili Gülər Əhmədova müxalifətə müraciət edib.

Tarix:10-10-2019, 13:29
Baxış Sayı:313


Korrupsiya-q.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, o, Reaksiya TV-yə müsahibəsində müxalifətdən ona bəraət almaqda yardımçı olmağı xahiş edib:
“Siz haqq tərəfdarı deyilsiniz, cənab müxalifətçilər?! Siz ədalət tərəfdarı deyilsiz, cənab müxalifətçilər?! Həmişə məhkəmələrdən şikayət etmirisnizmi, cənab müxalifətçilər?!
Mən YAP üzvü deyiləm, evdar qadınam. Gəlin mənə kömək edin! Yoxsa mütləq müxalifət partiyasının üzvü olmaq lazımdır? Yoxsa, yalnız əqidəni satmaq, iqtidarı söymək lazımdır? Adi vətəndaşam, heç kimi söymürəm, sakitçiliklə xahiş edirəm, gəlin mənə kömək edin”.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin 2012-ci ilin sentyabrında yaydığı videodan sonra Gülər Əhmədova öz deputat mandatından imtina edib. Daha sonra onun barəsində həbs-qətimkan tədbiri seçilib və o, 2013-cü ilin ilin fevralında həbs edilib.
Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilən Gülər Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
2014-cü ildə isə Gülər Əhmədovaya Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza təyin edilib və o azadlığa çıxıb.
Hazırda Gülər Əhmədova bu iş üzrə bəraət almağa çalışır.

OXŞAR XƏBƏRLƏR
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Türkiyə və İran razılaşdı
Türkiyə və İran razılaşdı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
Mayda 14 gün iş OLMAYACAQ
Mayda 14 gün iş OLMAYACAQ
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İlham Əliyev qanun imzaladı
İlham Əliyev qanun imzaladı
38 nəfər saxlanıldı
38 nəfər saxlanıldı
Bu tarixdə qısa iş günü OLACAQ
Bu tarixdə qısa iş günü OLACAQ