Azərbaycan İdeyası

"Qızlar Allahın verdiyi əmanət və nemətdir"- Cümə məscidinin axundu

Tarix:11-10-2019, 15:22
Baxış Sayı:150


Bu gün Beynəlxalq Qızlar Günüdür.Təəssüf ki, bu gün qızlara və qadınlara qarşı zorakılıq günü-gündən artmaqdadır. Son 1 ay ərzində Azərbaycanda 13 qətl hadisəsi baş verib. Qətllərin 9 qurbanı qadındır. Allah qadınları çox yüksək qiymətləndirir. O, qadınları övlad, ana, həyat yoldaşı kimi dəyərləndirərək onlara kişilərə verilməyən bir çox hüquqlar və üstünlüklər verib. Müasir insanlar Allahın qanunlarına əməl etmir, islamaqədərki adətlərin təsiri altına düşmüşüblər. İslam dini, əxlaqı hökm sürən cəmiyyətdə qadınlara yüksək hörmət göstərilir. Bununla BiG.AZ-a açıqlama verən İçərişəhər Cümə məscidinin axundu, ilahiyyat elmlər doktoru, professor Hacı Surxay Məmmədli bildirib ki, İslam dini çox humanist, mütərəqqi dindir: "Dünyada bu gün baş verən hadisələri Allah "Qurani Kərim"də zamanında deyib. "Qurani Kərim" keçmişi, bu günü və gələcəyi əhatə edir. Qızlar Allahın verdiyi əmanət və nemətdir. Mən hər zaman qeyd etmişəm ki, Allahın verdiyi oğul və qız payı var. Oğul nemətdir, qız rəhmətdir. Nemətdən sual olunar amma rəhmətdən yox. Peyğəmbərimizin dövrünə qədər qızları diri-diri basdırırdılar. Bu da qadın və insan hüuquqlarına böyük zidd idi. Həzrəti Məhəmmədə peyğəmbərlik veriləndə o, "Qurani Kərim"in vəhvi və Allahın əmri ilə insanlara övladlarını öldürməməklə bağlı mesaj çatdırdı. Əgər ruzini düşünürsünüzsə, onu mən verirəm. Qadınlara böyük şans, hüriyyət və azadlıq verdi".
Hacı Surxay Məmmədli vurğulayıb ki, Peyğəmbərin bariz nümunələrindən biri qızı Fatiməyi-Zəhraya verdiyi dəyərdir: "O, səfərə gedəndə və qayıdanda ilk olaraq qızını öpərdi. Peyğəmbər qızı Fatiməyi-Zəhraya gözümün işığı və nuru deyərdi. Hətta bir nəfər gəlib dedi ki, ya Rəsulallah, mən qız uşağını sevmirəm. Peyğəmbər buyurdu ki, sən Allahın rəhmətindən uzaqsan. Allahın rəhməti sənin evinə şamil olmaz. O, evə mələk daxil olmaz ki, sən qıza məhəbbət göstərmirsən. Bu baxımdan qızlar xüsusi əhəmiyyət kəsb edir. Qızların ana olması bunun baris nümunəsidir. Yəni qızlar bizi dünyaya gətirən anadır. Peyğəmbərin hədisi var ki, behişt anaların ayaqları altındadır. Analara və qızlara olan qayğı çox aktual və dinimizdə olan göstəricidir. Bir şəxsin 4 və ya üçdən yuxarı qızı varsa, onun kamil şəkildə böyüdüb ər evinə göndərirsə cənnət ona vacibdir". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Qəza törədən 21 yaşlı tələbəyə HÖKM OXUNDU
Qəza törədən 21 yaşlı tələbəyə HÖKM OXUNDU