Azərbaycan İdeyası

Fədayə Laçının Qocaya demədikləri

Tarix:29-10-2019, 11:42
Baxış Sayı:113


Zümrüd Kərimova

Tarixin ən yaddaqalan hadisələri də, ən böyük adamları da qanunlara, mental qaydalara, çoxluğa baş əyməyən, özünəməxsusluğunu qoruyan şəxslərin simasında yaranıb.

Elə hadisələr var ki, onlar dövlətin qoyduğu qanunlarla cinayət kimi təsdiqini tapsa da, mental qaydalar çərçivəsində qəbuledilməz olsa da, hər kəsin onun yanlış olduğunu bilsə də, insan özünə o qədər inanır ki, az qala bütün dünyanı buna inandıra bilir.

Bunu Fədayə də bilirdi. Bilirdi ki, Qoca dövlət qanunlarına görə cinayətkar şəxsdir. Mental qaydalara görə qəbuledilməz həyat tərzinə sahib ömür yoldaşıdır. Amma deyin görüm, bu günə qədər sevginin qarşısında hansı qanun, qayda boyun bükə bilməyib? Yer kürəsinin bu cavabı tapılmayan ən keşməkeşli aksiomasına Tac Mahal boyda sübutu var!

Amma bunu Qocaya deməmişdi Fədayə. Yəqin ki, adının haqqını vermək istəmişdi. Çünki fədakarlıq özü ilə ən birinci susqunluğu gətirir.

Təbii ki, azadlığın dəyəri həbsxana şəraitində, nəinki, illərlə, heç bir gün də qala bilməyən insan üçün tam dərk edilə bilməz. Ona görə də mən Fədayənin azadlıq yanğısından söhbət açmağı məntiqə uyğun hesab etmirəm. Təbii ki, indi onun üçün ən əhəmiyyətlisi vücudunu Günəşin payız şəfəqləri ilə isitmək, göz yaşlarına həmdəm olan həbsxana yastığından ayrılıb, hələ də uşaqlığının tək-tük yadigarlarından biri olan tük yastığına sarılıb doyunca qayğısız günlərinin həsrətini çəkmək, bəlkə sadəcə elə anasının bişirdiyi bir kasa ev dovğası içməkdir. Azadlıqda...

Bəs onda o qatara addım atmasının xəyalını qurduğu gündən ta bu gecəyə qədər yaşadığı bütün anların bircə səbəbi olan sevgi necə olsun?

Fədayə cismi azadlığına qovuşması üçün həbsxananın kandarından addım atdığı anda Yer kürəsi boyda zindanın qaranlıq quyusuna yıxılacaq. Çünki onu Qocadan sonra təkcə həbsxananın divarları qoruyurdu kəm gözlərdən, qınaq baxışlardan. İndi Fədayəyə gündə 3 dəfə yemək aparan gözətçini milyonlarla qınaq subyekti əvəz edəcək.

“Əzizim” mahnısında da oxuduğu kimi:

“Bu sevgidə kimlər kimi qınadı,

nə sən bildin, nə mən bildim, əzizim”.

***

Daha o kövrək baxışlar yoxdu.

Daha o sualı verəcək bir “əziz” də yoxdu.

Çünki tale Fədayəni yaman yerdə sınadı.

Fədayənin içində bir də öz gələcəyi ilə bağlı bütün arzularını, xəyallarını, qadınlıq məsumluğunu, kişi qayğısını məhkum etdiyi həbsxanası var. Zamanı gələndə bütün qatarlara meydan oxuyan qadının yeri gələndə özünü bir hücrə boyda edəcək hünəri də var, əlbət.

Bir "qanuni oğru"nu dartıb çıxardığı barmaqlıqların arxasına özü keçəcək cəsarətə malik qadın başqa cür davrana da bilməz, mənə elə gəlir.

Fədayənin həbsdən çıxacağı xəbərini eşidəndə ilk ağlıma gələn cümlə bu oldu: görəsən, Qocanın qəbrinin üstünə gedəcək?

Sonra düşündüm: görəsən, Qocadan küsübmü? Onu dörd divar içinə salıb getdiyi üçün yox, təkcə öldüyü üçün... [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb