Azərbaycan İdeyası

"ASAN Xidmət" məhkumlara xidmət göstərib

Tarix:10-12-2019, 15:57
Baxış Sayı:148


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin birgə əməkdaşlığı ilə cəzaçəkmə müəssisələrində səyyar formada xidmətlər həyata keçirilir. Agentlikdən SİA-ya verilən məlumata görə, cari ilin aprel ayından start verilən tədbirlər Səyyar ASAN xidmət çərçivəsində reallaşdırılır.

Bu çərçivədə penitensiar xidmət müəssisələrində çəza çəkən şəxslər üçün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.

Bu günə qədər Bakı şəhəri üzrə 2 istintaq təcridxanası, 17 cəzaçəkmə və 1 müalicə müəssisəsi, Gəncə şəhəri üzrə 1 istintaq təcridxanası, Şəki şəhəri üzrə 1 pentensiar xidmət müəssisəsi olmaqla, ümumilikdə 1300-dən çox şəxs müvafiq xidmətdən yararlanıb.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO