Azərbaycan İdeyası

Bir kəndin manifesti: “İtə ataram , yada sataram , əlil -şəhid ailəsinə vermərəm!

Tarix:11-12-2019, 12:38
Baxış Sayı:72



Allah sənə rəhmət eləsin, Mirzə Cəlil !
Allah sənə rəhmət eləsin, Mir (zə) Cəlal !

Savaşda , döyüşlərdə ön cəbhədə olanlar doğrulayar, yaraqlı əsgər arxadakılarınhamısının onu düşündüyünü , özəlliklə doğma kəndinin hər çağ Torpaq, Bayraq savaşçısının yanında olduğunu güman edir. Ən azı , öndəki olmasa, arxadakı da gec-tez olmaya bilər , düşüncəsi ilə !Heç demə, bir çox kəndlər kimi bizim Ağsu rayonunun Pirhəsənli kəndinin “cayılları”da gecə-gündüz demədən yerli-dibli evlərindən qaçaq düşüblərmiş ! Kimisi “sarı”ağuşunu geniş açan” Rusiyaya , kimisi də , imkansızlıq ucbatından , kəndin altındakı samanlığa sığınıbmış! Nə var, nə var, “çavuşlar” cəbhəyə əsgər yığanda kənddə bir kişi belə tapılmasın ! Allah sənə rəhmət eləsin, Mirzə Cəlil, “bu kənddə heç yerli-dibli uşaq olmayıb”!
Bu hələ ön cəbhədə döyüşənlərə arxadan vurulan zərbə olsa da , elə də sarsıdıcı olmayıb . Könülsüz Torpaq , Bayraq sevgisinin sonu , onsuz da , qaçaqlıq olacaq(dı) ! Ən sarsıdıcı zərbə kəndin bir təlxəyinin saxta “mayor” çinli hərbi geyimdə ön cəbhə üçün əsgər hazırlayan Beyləqan və digər təlim düşərgələrindənön cəbhəyə göndəriləcək kənddən olan çağırışçı gənclərini dələduzluqla oğurlaması olub! Öndə Xankəndinin bir addımlığında olan döyüşçülərə arxadan vurulan ən ağır zərbə elə bu arxasızlıq oldu! Sonra da lağ edirlər ki, niyə Torpaq, Bayraq savaşında yenildiniz? Belə arxasızlığınsonu(cu) bəs nə olmalıydı? İndi kəndin ən “hörmətli” sakini həmin təlxək sayılır! Bu təlxəyin bir qarın yemək qarşılığında kəndi şəhidsiz qoyması qeyrətsiz el gözündə onuqəhraman edib ! (?) Oğurladıqları qaçaqlar da saxta Qarabağ əlilləri olublar ! Bizə də lağ edirlər , gülməcə qoşurlar ki, Qarabağı uduzdunuz, ha-ha-ha !
İndi bu kənddə Torpaq , Bayraq uğrunda savaşanlara torpaq da yoxdur, yer də yoxdur ! Hamısı qaçaqlar arasında bölünüb . Hətta “yerli-dibli uşağı olmayan” kəndin yeganə zabit Qarabağ əlilinin əkinçilik amacı ilə yararlandığı torpağı da illər öncə samanlıqda gecələyənAğsu RİH başçısı, Pirhəsənli kənd icra nümayəndəliyi və bələdiyyəsi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 60 yerlik uşaq bağçası tikintisinə ayırıblar. Qarabağ əlilini isə qaçaq kəndin “uşaq bağçası biznes-marağına” qarşı çıxdığına görə “zəhmətkeş” imzaları ilə “persona nonqrata” elan edib, qaçaq salıblar. Heç demə, Heydər Əliyev fondunun dəstəyi ilə Ağsu rayonunda uşaq bağçası tikintisini keçmiş icra başçısı öz kəndinə saldırıb ki, xeyrini də özü və yaxın qohumları görsün ! Özü də kəndin yeganə torpaq sahəsi ayrılmayan yeganə zabit Qarabağ əlilinin yararlandığı torpağa ! Allah sənə rəhmət eləsin, Mir(zə) Cəlal, “itə ataram, yada sataram, Qarabağ əlilinə vermərəm !”

Torpaq -ona sinə gərib qoruyanlarə yox, arxa çevirənlərə yurd olur, deyəsən! … [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova vəfat etdi
Elmira Süleymanova vəfat etdi
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO