Azərbaycan İdeyası

Qubada narkotik maddə satan şəxslər saxlanıldı – VİDEO

Tarix:11-12-2019, 14:36
Baxış Sayı:115


Qubada narkotik maddələrin satışı ilə məşğul olan dəstə üzvləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon sakinləri – əvvəllər məhkum olunublar, 37 yaşlı Xalid Hacızadə və 29 yaşlı Cəbrayıl İlyasov saxlanılıblar.
Saxlanılan zaman hər iki şəxsin üzərindən narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Dindirilmə zamanı X.Hacızadə və C.İlyasov rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olduqlarını, narkotikləri isə X.Hacızadənin kirayə yaşadığı evdə saxladıqlarını etiraf ediblər.
Polis əməkdaşları tərəfindən qeyd edilən evə keçirilən baxış zamanı isə oradan qabaqcadan satış üçün hazırlanmış bükümlərdə olan küllü miqdarda metamfetamin və heroin, eləcə də kibrit qutularında olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO