Azərbaycan İdeyası

Məhkəmə Mübariz İbrahimovu təhqir edən psixoloqun şikayətini təmin etmədi — Küçə süpürəcək

Tarix:17-12-2019, 11:18
Baxış Sayı:94


Bakı Apellyasiya Məhkəməsində psixoloq Nərmin Şahmarzadənin barəsində olan qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Korrupsiya-q.az oxu.az-a istinadən xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, N.Şahmarzadənin şikayəti təmin edilməyib. Xətai Rayon Məhkəməsinin qərarına əsasən, o, Xətai rayonu ərazisində küçə süpürəcək. N.Şahmarzadə 400 saat ictimai işlər cəzası alıb.
İttihama görə, N.Şahmarzadə “Facebook” profilində Milli Qəhrəman Mübariz İbrahimovu təhqir edib. Daha sonra M.İbrahimovun anası Şamama İbrahimova psixoloqu xüsusi ittiham qaydasında məhkəməyə verib, onun cəzalanmasını istəyib.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin giziri M.İbrahimov 2010-cu il iyunun 18-də cəbhənin Tərtər rayonu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək həlak olub. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı