Azərbaycan İdeyası

Bakıda 18 məktəb direktoru işdən çıxarılıb – TAM SİYAHI

Tarix:18-12-2019, 12:44
Baxış Sayı:167



Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 18 təhsil müəssisəsinin rəhbəri ilə bağlanmış əmək müqaviləsi ləğv edilib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev məlumat verib.

Onun sözlərinə görə, bu il ərzində təhsil müəssisələrinə 26 nəfər direktor vəzifəsinə işə qəbul edilib, 13 direktorun iş yeri dəyişdirilib:

“111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş hədinə çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb. 18 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib”.

Maraqlıdır, əmək müqaviləsi ləğv edilən məktəblər hansılardır?

Bakı Şəhər Təhsil İdarəsi məsələ ilə bağlı Cebhe.info-nun sorğusunu cavablandırıb.

“2019-cu ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 18 məktəbin direktoru (71, 162, 123, 323, 266, 14, 293, 93, 25, 29, 70, 107, 221, 260, 301, 194, 124 nömrəli ümumtəhsil məktəblərinin və 116 nömrəli xüsusi axşam-qiyabi məktəbinin direktorları) ilə bağlanmış əmək müqaviləsi ləğv edilib”, – deyə sorğuda bildirilib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı