Azərbaycan İdeyası

Nazir müavini: Bu il də 50 faizdən çox rezident təyinatla regionlara göndərilib

Tarix:19-12-2019, 16:21
Baxış Sayı:303


Hər il noyabr-dekabr aylarında rezidentlərin bölgələrə təyinatı olur. Keçən il rezidentlərin 60 faizi regionlara göndərilib.

Korrupsiya-q.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib.
Onun sözlərinə görə, bu il də 50 faizdən çox rezident təyinatla regionlara göndərilib:
“İstər inkişaf etmiş, istərsə də, inkişaf etməmiş ölkələrdə regionlarda həkim qıtlığı dövlətin problemidir. Həkimlərin regionlarda qalması üçün əlimizdən gələni edirik. Bir müddət əvvəl stimullaşdırıcı tədbirlər gördük. Maaşdan əlavə onlara həvəsləndirici məbləğ verilirdi və evlə təmin olunurdular”.
Nazir müavini qeyd edib ki, belə bir proqramın yenidən həyata keçirilməsini gözləyirik:
“Hələ ki, bu tədbirlər təsdiqlənməyib. Bölgələrə təyinat alan rezidentlər üç il müddətində məcburi olaraq orada fəaliyyət göstərməlidirlər. Kimsə işləyə bilirsə qalır, qalmaq istəməyəni isə məcbur edə bilmərik. Çünki artıq müqaviləsi bitir. Amma yeni rezidentlər həmin bölgələrə göndərilir”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA