Azərbaycan İdeyası

BANKƏLƏMƏ...

Tarix:4-02-2020, 11:21
Baxış Sayı:102

Leninqradda oxuyanda Musa adlı tələbə yoldaşımıza bərk soyuq dəymişdi, gəlib baş çəkdim.Biz də kənddə xəstələndikdə dalımıza yarım kiloluq banka qoyurdu rəhmətlik anam və tez də sağalardıq. Hardaydı indiki o balaca bankələrdən. Musaya yazığım gəldi, dedim : Gəl sənin kürəyinə bankə qoyum o dəqiqə sağalacaqsan. Musa dedi ki,
" bacarırsan ? " .
Dedim ki, bə nədi e. Bir 500 qramlıq tomat bankəsi tapdım, amma lopa düzəldə bilmədim, çünki bankəni qoymaq üçün lopa lazım olur, yəni qızdırmalısan. " Pravda " qəzətini bürmələyib yandırdım, bankə də şüşədən olduğuna görə sən demə o dəqiqə çox qızar. Musa alovlanmış qəzəti görcək dedi : Ayə Həsən, belimi yandırarsan e. Dedim, ayə qorxma dımbıl kimi olacaqsan və od kimi qızmış bankəni basdım yazığın belinə !!!. Musa nətəhər yataqdan tullanıb qaçmağa başladısa: Ay Allha belim yandı, ayə tez çıxart kürəyim yandı ... Musanın kürəyindən kabab iyi gəlirdi, tüstü çıxırdı, amma dayanmırdı ki bankəni çıxarım, əməlli başlı tərləmişdi, soyuq dəyməsi də artıq çıxmışdı, amma o bankənin izi hələ də belində qalır...
Bir dəfə də otaq yoldaşım İlqar xəstələnmişdi, dostlğumuzda da var, arıq, incə bir oğlan idi, ona da bankə qoymaq qərarına gəldim, artıq təcrübəm var idi axı...Amma lopa düzəltmişdim, prosto 500 qramlıq bankə yox idi 1 kq - lıq bankə var idi. O da əvvəlcə qorxdu ki, ayə Həsən dağıdarsan e kürəyimi bu boyda bankə qoyallar adama ?. Dedim; ayə uzan görüm, birinci dəfə döör ki 50 adamı belə sağaltmışam, 1 saatdan sonra durub gəzəcəksən. Məndə insanları inandırmaq bacarığı çoxdan var, yazıq tay dinmədi və 1 kiloluq bankəni qoydum belinə, səsi çıxmadı, bir 10 dəqiqədən sonra gördüm bükülə - bükülə deyir ki, ayə Həsən çıxart bankəni girdim e bankəyə. Doğurdan da kiloluq bankə az qala İlqarı sovurub çəkəcəydi içərisinə...
Musa yenə də xəstələnmişdi, gəldim dəyməyə, dedim Musa gəl bankə qoyum keçib gedəcək, nətəhər qışqırdı : Yoox, rədd elə, keçəl suya getməz...
Bəs keçəl nə edər e ?. Dolları 0.78 - dən sırıyıb 1.70 - dən mələdib alar !!

Həsən Həsənov

Korrupsiya-q.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb