Главная > Gündəm > Gülər Əhmədovanın oğlunun məhkəməsinin vaxtı məlum oldu
Gülər Əhmədovanın oğlunun məhkəməsinin vaxtı məlum oldu25-02-2020, 10:44. Разместил: Xuraman Quliyeva |
Keçmiş deputat Gülər Əhmədovanın oğlu Toğrul Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Korrupsiya-q.az xəbər verir ki, cinayət işi üzdə toplanan materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Hakim Samir Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası martın 4-nə təyin edilib. Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov saxlanılıb. Onun idarə etdiyi BMW markalı avtomobilə baxış keçirilən zaman bir ədəd “Glock-19” markalı tapança, iki ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə cinayət işi başlanılıb. T.Əhmədov keçmiş deputat Gülər Əhmədovanın oğludur. Вернуться назад |