Главная > Gündəm > Güclü yağış cənub bölgəsinin kəndlərində sürüşmə yaratdı
Güclü yağış cənub bölgəsinin kəndlərində sürüşmə yaratdı10-11-2015, 17:04. Разместил: Xuraman Quliyeva |
Son günlər yağan güclü yağışlar nəticəsində cənub zonasında sürüşmə-çökmə hadisələri baş verib. "Korrupsiya və Qanun" qəzetinin məluaıtna Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev APA-ya deyib ki, sürüşmə hadisəsi Lənkəran rayonunda ciddi fəsadlara yol açıb. Onun sözlərinə görə, Lənkəran rayonunun Gərgivan kəndi ərazisində sürüşmə baş verib: “Eyni zamanda, rayonun Biləsər, Osaküçə, Bəliton, Horavenç və Köhnəqəqir kəndlərində sürüşmə hadisələri qeydə alınıb. Nəticəndə 20-yə yaxın evə ziyan dəyib”. Baş geoloq əlavə edib ki, Lerik rayonunda Bradi, Züvüc, Molalan, Dastel kəndlərində də sürüşmə-oturma prosesi qeydə alınıb: “Eyni zamanda Masallı rayonunda Köhnə Zivənd yolu sürüşməyə məruz qalıb. Masallının Ərkivan kəndində 1 yerdə çökmə-hadisəsi, İsgəndərli kəndində 1 yerdə, Sığdaş kəndində də 1 yerdə sürüşmə hadisəsi baş verib. Masallı rayonun özündə də çökmə hadisəsi qeydə alınıb”. Ə. Piriyev qeyd edib ki, Astara rayonunda isə 3 kənddə sürüşmə hadisəsi baş verib. Вернуться назад |