Azərbaycan İdeyası

Toyundan 20 gün sonra öldürülən 16 yaşlı gəlinlə bağlı dəhşətli faktlar: Həmin gün kəndə xəbər yayılıb ki...

Tarix:30-01-2020, 16:33
Baxış Sayı:96


Toyundan 20 gün sonra boğularaq öldürülən 16 yaşlı Fatimə Qəmbərova ilə bağlı xəbərlər ölkə gündəmini zəbt edib.

Cenubxeberleri.com mövzu ilə əlaqədar məlumatlar əldə edib.
Belə ki, qızın atası Qəmbərov İbrət Ərkivan qəsəbəsindəndir. O, başqa biri ilə rəsmi nikahda olsa da, Fatimənin anası ilə qeyri-rəsmi münasibətdə yaşayıb. Onlar bir ildən sonra ayrılıblar.
Fatimənin anası İbrətdən ayrıldıqdan sonra Bakıda yaşayan birinə ərə gedib və qızını nənəsinin himayəsinə verib.
Fatimə Qəmbərova Həsənli kənd tam orta məktəbində təhsil alıb. Müəllimlərinin bildirdiyinə görə, o, dərslərini yaxşı oxumasa da, çox sakit, tərbiyəli şagird olub.
Ötən ilin oktyabrında isə anasının təkidi ilə məktəbdən azad edilib. Və səbəb olaraq bildirib ki, Fatimənin ana babası Rusiyada yaşayır və onun yanına köçürlər.
Məsələ 2019-cu il noyabr ayının 1-də məktəbin pedaqoji şurasında müzakirə edilib və ailə vəziyyəti nəzərə alınaraq o, məktəbdən azad edilib.
16 yaşlı qız məktəbdən azad edildikdən iki ay sonra, yanvarın 5-də ona Masallıda şadlıq saraylarının birində qız toyu edilib, yanvarın 10-da isə Çaxırlı kəndindəki “Möcüzə” Şadlıq Sarayında oğlan toyu olub.
Daha bir məlumata görə, 19 yaşlı bəyin boyu balaca olduğu üçün o, hərbi xidmətdə olmayıb.
Kənd sakinlərinin bildirdiyinə görə, 19 yaşlı oğlan kənddə sakit gənclərdən biri sayılıb. Onun əmisi kənddə dinin icmanın rəhbəridir.
Xoşçobanlı kənd sakinlərinin sözlərinə görə, Fatimənin öldürüldüyü gün, səhər tezdən kəndə xəbər yayılıb ki, onun qızdırması var, komaya düşüb. 16 yaşlı gəlini ərinin dayısının maşınında Masallı Mərkəzi Xəstəxanasına aparıblar. Yolda onun vəziyyəti daha da ağırlaşıb.
Qətlə yetirilən Fatimənin əri İman Məmmədov isə iki bacının tək qardaşıdır.
Onun özündən kiçik iki bacısı var. Atası Təklə stansiyasında maşın ehtiyat hissələri satır. Anası isə tibb işçisidir.
Qeyd edək ki, İman Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, müdafiəçinin iştirakı ilə dindirilən zaman törətdiyi cinayət əməlini etiraf edib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA