Azərbaycan İdeyası

“Bizim günahımız yoxdur” – “EuroHome”un sahibi nazirin ittihamlarına cavab verdi

Tarix:12-05-2020, 12:56
Baxış Sayı:102


“Axşamkı yanğında bizim günahımız yoxdu. Hazırda araşdırma gedir. Yəqin ki, hər şey bəlli olacaq”.
Turkustan.info bildirir ki, bunu “BakuPost”a açıqlamasında dünən axşam yanğın baş verən “EuroHome” tikinti materialları bazarının rəhbəri Samir Məmmədov deyib.
Onun sözlərinə görə, bazarda yanğından mühafizə olunmaq üçün bütün ehtiyat tədbirləri görülübmüş: “Bazarda nə elektrik naqilləri işləyib, nə qaz olub. Belə olan halda yanğın necə baş verə bilər? Bizim mühafizəçinin sözlərinə görə, yanğın bazarın arxasında yerləşən “TIR parkı”ndan başlayıb. Çox güman ki, onun dedikləri təsdiqlənər. Hazırda burda ciddi araşdırmalar gedir. Bu dəqiqə mən Respublika Prokurorluğunu müstəntiqlərinə ifadə verirəm”.
İş adamı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun onu məsuliyyətsizlikdə suçlamasına da münasibət bildirib: “Düzdür, cənab nazir bizi məsuliyyətsizlikdə ittiham edir. Amma biz yanğından mühafizə üçün lazım olan hər şeyi etmişdik. Və bu məsələni tam şəkildə, standartlara uyğunlaşdırmaq üçün şirkətlərlə müqavilə bağlamışıq. Dünən yanğını söndürülmısi üçün bazarda olan su ehtiyatından və digər köməkçi vasitələrdən istifadə olundu”.
Samir Məmmədov sosial şəbəkələrdə yayılan, bazarın başqa yerə köçürülməsi, dalbadal böyük yanğınların baş verməsinin təsadüfü olmadığı ilə bağlı suala belə cavab verib: “Biz öz işimizlə məşğuluq. Hazırda araşdırmalar davam edir. Taxta bazarının bir anda alışması, böyük yanğının baş verməsi təbiidi. Bu bazarda satılan məhsulların əksəriyyəti yanan materiallardı”.
Qeyd edək ki, 11 may 2020-ci il tarixində saat 22:51-də Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Yanğın saat 00:30-da məhdudlaşdırılıb, 01:30-da isə tam söndürülüb. Ümumi sahəsi təqribən, 22 500 kv.m.-ə yaxın olan bazarın 3 300 kv.m. hissəsi yanıb, bazarın qalan hissəsi yanğından mühafizə olunub.
Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin ümumilikdə 406 nəfər canlı qüvvəsi və 54 ədəd texnikası cəlb olunub.
Onu da bildirək ki, bazar 2019-cu ilin dekabrında da demək olar ki, tam yanmışdı. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb