Azərbaycan İdeyası

Nardaranda 4 polis qəhrəmancasına həlak oldu

Tarix:26-11-2015, 16:23
Baxış Sayı:391

Nardaranda 4 polis qəhrəmancasına həlak oldu



Bu gün Nardaranda baş vermiş silahlı insident nəticəsində dörd polis əməkdaşının həlak olduğu bildirilir. AzVision.az APA-ya istinadən xəbər verir ki, polisə müqavimət göstərən radikal qrupun Abbas adlı bir üzvü də öldürülüb.
Radikal qrupun üzvləri polisə qumbara atıb, sonra isə atəşə tutublar. Atışma zamanı daha bir neçə nəfər yaralanıb. Onların arasında polis əməkdaşları da var.
Bu gün günorta saatlarında Azərbaycanın hüquq-mühafizə orqanları Bakının Nardaran qəsəbəsində əməliyyat keçirib.
"Korrupsia və Qanun" saytı AzVision.az a istinadən xəbər verir ki, xəbər verir ki, keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanları əməkdaşları müqavimətlə qarşılaşıblar. Nəticədə atışma olub. Baş verən atışma zamanı ölən və yaralananların olduğu bildirilir.
Yaralılar Bakının 3 saylı Klinik Xəstəxanasına aparılıb. Xəstəxananın qəbul şöbəsindən ATV.az-a məlumatı təsdiq ediblər, yaralıların gətirildiyini bildiriblər. Xəstəxanadan onu da bildiriblər ki, gətirilən 5 nəfərdən 2-si artıq ölüb, 3 nəfər ağır vəziyyətdə reanimasiyadadırlar. Lakin hadisənin motivləri barədə hər hansı məlumat verilmir.
Bundan başqa Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov açıqlamasında bildirib ki, qeyd edilənlərlə bağlı nazirlik tərəfindən müvafiq araşdırmalar aparılır. İctimaiyyətə məlumat veriləcək.
Bu gün günorta saatlarında Sabunçu rayonu Nardaran qəsəbəsində özünü “Müsəlman birliyi hərəkatı” adlandıran təşkilatın rəhbəri Tale Bağırzadə və ətrafındakı şəxslərlə polis arasında qarşıdurma olub.
Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə nəticəsində yaralananlar var. T.Bağırzadənin saxlanıldığı bildirilir.
T.Bağırzadənin vəkili Cavad Cavadov bildirib ki, müvəkkilinin saxlanıldığı barədə məlumatı olsa da, hansı polis idarəsinə aparılması barədə hələ məlumatı yoxdur.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, baş vermiş insidentlə bağlı polis və prokurorluq orqanları tərəfindən müvafiq araşdırmalar aparılır, nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
Son məlumata görə, insident nəticəsində ölənlərin sayı 4 nəfərdən artıqdır.
Dini ekstremistlərlə vuruşmada iki polis əməkdaşı qəhrəmancasına həlak olub. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO