Azərbaycan İdeyası

`Nardarana gəlməyin deyib, bizi döydülər...`- AzVision.az-ın əməkdaşları

Tarix:26-11-2015, 17:56
Baxış Sayı:386

`Nardarana gəlməyin deyib, bizi döydülər...`- AzVision.az-ın əməkdaşları





"Korrupsiya və Qanun" saytının aldığı məlumata görə Nardaranda baş verən hadisələri işıqlandıran jurnalistlərə yerli sakinlər tərəfindən hücum edilib. AzVision.az -ın iki əməkdaşı da hadisə yerində çəkiliş apararkən hücuma məruz qalıb.
AzVision.az -ın müxbiri Hafiz Əhmədov hadisəni belə xatırlayır: “Taksi ilə hadisə yerinə yollanmışdıq. Nardarana yaxınlaşan kimi taksi sürücüsü qorxusundan bizi yarıyolda qoyaraq, avtomobilini kəndin girişində saxladı. Məcbur olub piyada getdik. Meydanda cavan uşaqların hamısının əllərində soyuq silahlar, dəmirlər, baltalar var idi. Hər yer qara bayraqlar asılmışdı”.
Əməkdaşımız deyir ki, bələdiyyə binasına yaxınlaşanda cavan bir oğlan arxadan onlara yaxınlaşdı və fotoqrafımız Elvin Abdullanın üzərinə hucum çəkdi: “Əlindəki dəmir alətlə əməkdaşımızın baş nahiyəsinə zərbə endirdi, təpik vurdu. Həmin dəqiqə hamı üstümüzə töküldü. Sakinlər bizə etiraz edirdilər. “Jurnalistlər bura gəlməsinlər, bura Nardarandır” - deyirdilər. Bizi təhqir edib, söydülər. Gücnən onların əlindən xilas olduq”.
Nardaranda yerli sakinlər tərəfindən döyülən fotoqraf Elvin Abdulla bildirib:“Biz Nardarana daxil olan kimi, bir neçə nəfər qarşımızı kəsib, hücum etdi. Jurnalist olduğumuzu deyəndə, təhqiramiz ifadələr işlətdilər. Dedilər, siz bizim düşmənimizsiniz. Anidən bir neçə nəfər üstünə tökülüb, əllərindəki dəmirlə bədəminə vurdular. Əlimdən fotoaparatı alıb, çırpdılar yerə. Eynəyim gözümdən yerə düşəndə, təpiklə vurub qırdılar. Niyə belə edirsiniz deyəndə, daha da qəzəbli şəkildə təpiklə qarın nahiməyə vurdular. Artıq heç nə görmürdüm. Sonradan orta yaşlı bir oğlan və yaşlı bir kişi bizi onların əlindən aldı”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.