Azərbaycan İdeyası

Bacımın sevgilisi OLMAYIB - Bakıda itkin düşmüş 12 yaşlı qızın qardaşı DANIŞDI

Tarix:8-01-2021, 11:53
Baxış Sayı:55


Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunda itkin düşən 12 yaşlı qız tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, 2008-ci il təvəllüdlü Ləman Şahbazova tapılaraq ailəsinə təhvil verilib. Onu hazırda psixoloji dəstək aldığı deyilir.
Sosial şəbəkələrdə yeniyetmənin sevgilisi ilə qaçdığı deyilirdi.
Bununla bağlı Sonxeber.az-a itkin düşmüş qızın qardaşı Vüqar Əziz açıqlama verib:
"Bu barədə mən paylaşım etmişdim ki, böyük ehtimal var ki, kiminsə yanındadır. Bu sadəcə ehtimal idi. Yəni düşünmüşdüm ki, yəqin danışdığı ola bilər, müəyyən vədlər əsasında onu kimsə evdən çıxarda bilər. Fikirləşdim ki, gün ərzində bacım küçədə tək qala bilməz. Bu səbəbdən mən bu ehtimalı bacımı axtaranda qeyd etmişdim. Hazırda istintaq davam edir. Bu çox güman ki, mövzu deyil. Bacımın sevgilisi olmayıb". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO