Azərbaycan İdeyası

Bakıda qayın yeznəsini öldürdü

Tarix:21-01-2016, 10:55
Baxış Sayı:466

Bakıda qayın yeznəsini öldürdü




Bakıda qətl hadisəsi törədilib.
Hadisə Bakıxanov qəsəbəsində, Xasməmmədov küçəsində baş verib.
5 gün əvvəl ata olan 25 yaşlı Asif Tahir oğlu İsmayılov həyat yoldaşı və övladına baş çəkmək üçün qayınatasının evinə gedib. Orada Asif İsmayılovla 20 yaşlı qaynı Ziya Dilən oğlu Əzizov arasında mübahisə düşüb. Mübahisə zamanı qayın yeznəsini bıçaqlayıb. Asif İsmayılov aldığı xəsarətdən dünyasını dəyişib. Hadisədən sonra Ziya Əzizov könüllü olaraq Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə təslim olub.
İlkin məlumata görə, qətllə nəticələnən mübahisəyə borc pul söhbəti səbəb olub. Belə ki, Asif İsmayılovun qayınatası onun bacısından faizlə 2000 manat alıb. Borc vaxtında qaytarılmayıb və Asifin bacısı narazılığını bildirib. Bu səbəbdən Asiflə qaynı Ziya arasında mübahisə düşüb.
Faktla əlaqədar Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir. (Apa) [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO