Bakıda İvan Petroviçdən silah götürüldü

Bakıda polis tərəfindən saxlanılan şəxsdən silah götürülüb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nizami RPİ Cinayət Axtarış Şöbəsi və 25-ci PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1963-cü il təvəllüdlü İvan Petroviç Şitovdan 1,27 qram həşiş qətranı və İJ-K markalı, 16 kalibrli, qundağı və lüləsi kəsilmiş vəziyyətdə silah aşkar olunaraq götürülüb.

Araşdırmalar davam etdirilir.