Azərbaycan İdeyası

Azərbaycan pilotu Bakıda “Formula-1” trekini sınaqdan keçirib

Tarix:29-05-2016, 15:21
Baxış Sayı:495

İyunun 17-19-da Bakıda keçiriləcək "Formula-1" Avropa Qran-prisinə az müddətin qaldığı bir ərəfədə yarışın rəsmi elçisi Gülhüseyn Abdullayev Bakı Şəhər Halqasını sınaqdan keçirib.

Trend-in məlumatına görə, mayın 29-da 19 yaşlı istedadlı "Formula-3" pilotumuz Gülhüseyn Abdullayev GP3 seriyasına aid yarış avtomobilində Bakı Şəhər Halqasında yüksək sürətlə 4 dövrə vurub. Sınaq yürüşünə Azadlıq meydanında yerləşən Pit binasının qarşısında start verilib və yürüş eyni yerdə başa çatıb.

Gənc pilot ən yeni "Formula-1" trekindəki sürət nümayişindən sonra jurnalistlərə müsahibəsində Gülhüseyn Abdullayev Bakı Şəhər Halqasının yavaş və sürətli döngələrin kombinasiyasından ibarət olduğunu və digər şəhər traslarından genişliyi ilə fərqləndiyini vurğulayıb.

"Bolidlərin bütün döngələrdən rahat və qəzasız çıxması üçün yetərincə genişlik var. Qoşa qala qapısı ətrafındakı 8,9 və 10-cu döngələr mənə daha maraqlı gəldi. İnanıram ki, yarış zamanı orada maraqlı məqamlar olacaq. Çünki trekin bu hissəsi o qədərdə asan deyil. Hazırda tras boş olduğu üçün yürüşüm asan oldu. Ancaq yarış zamanı qarşıda bolidlər olacaq və həmin hissəni keçmək çətin olacaq. Təkcə döngələrə görə deyil, ümumiyyətlə tras digər şəhər treklərindən geri qalmır. Hətta onlardan daha da yaxşıdır. Əminəm ki, bütün "Formula-1" pilotları bu yarışı səbirsizliklə gözləyir və ölkəmizdən də xoş təəssüratlarla ayrılacaqlar", - deyə Gülhüseyn Abdullayev deyib.

Proqrama görə, pilotun üç dövrə vurması nəzərdə tutulmuşdu: "Ancaq trası çox sevdiyim üçün dayana bilmədim, bir dəfə də artıq trek boyu dövrə etdim. Avropa Qran-prisində hansı pilotun qalib gələcəyini öncədən söyləmək çətindir. Bütün pilotlar Bakı Şəhər Halqasında ilk dəfə güclərini sınayacaqlar".

"Euro Formula"nın Avropada ən nüfuzlu "Formula-3" yarışı olduğunu diqqətə çatdıran pilot bu turnirdə İspaniyanın "Kampos" komandasının heyətində çıxış etdiyini vurğulayıb. O bildirib ki, 7 mərhələlik yarışın artıq ikisi başa çatıb. Növbəti yarışımız gələn həftə Fransada təşkil olunacaq. Ümid edirəm ki, həmin yarışdan uğurlu nəticə ilə geri dönəcəyəm.
 Azərbaycan pilotu Bakıda “Formula-1” trekini sınaqdan keçirib [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO