Azərbaycan İdeyası

Ağaclar aşdı, elektrik xətləri qırıldı, evləri su basdı - GƏNCƏDƏ LEYSAN

Tarix:11-06-2016, 17:56
Baxış Sayı:668

Ötən axşamdan etibarən Gəncəyə yağan güclü leysan yağışı bir sıra fəsadlar törədib.

APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, leysan yağış nəticəsində şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində uzunmüddətli fasilələr yaranıb.

Leysan şəhərin küçə və prospektlərində avtomobillərin hərəkətini də çətinləşdirib. Eyni zamanda şəhərin müxtəlif ərazilərində həyət evlərinə su dolub. Şəhərdə yerləşən Xan bağında isə iri ağac küləyin təsirindən aşaraq ərazidəki iaşə obyektinin üzərinə düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Ancaq obyektin şüşələrinə ziyan dəyib.

Heydər Əliyev prospektində də bir ağac qırılaraq hərəkətə maneə yaradıb. Evlərə dolan suyu isə sakinlər gecə boyu daxili imkanları hesabına boşaltmağa çalışıb. Xeyli sayda ev əşyası yağış sularından yararsız hala düşüb. Ev quşları boğularaq tələf olub.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini Mikayıl Zeynalov bildirib ki, şəhərdə elektrik enerjisinin verilişi bərpa edilib, qırılan ağaclar ərazidən təmizlənib, zirzəmi və həyətlərə dolan suyun təmizlənməsi istiqamətində işlər aparılır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO