Azərbaycan İdeyası

Maşın aşdı, sürücünün anası öldü

Tarix:13-06-2016, 18:34
Baxış Sayı:1 389

 Maşın aşdı, sürücünün anası öldü
Digər iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Xızı rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

ANS PRESS-in məlumatına görə, Giləzi qəsəbəsində Bakı şəhər sakini Amid Məmmədov idarə etdiyi "Mitsubishi" markalı 90- BR- 940 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.

Nəticədə avtomobildə olan sərnişinlərdən- sürücünün anası 1963-cü il təvəllüdlü Minayə Məmmədova hadisə yerində ölüb, digər iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Faktı Xızı Rayon Polis Şöbəsi araşdırır.

Bir neçə gün əvvəl də Bakıda baş verən qəzada sürücünün ailə üzvləri ölüblər. Bakı-Ucar magistralının Qaradağ rayonu ərazisindən keçən hissəsində Natiq Hacıağa oğlu Yəhyayevin idarə etdiyi “İsuzu” markalı 10- TF- 386 dövlət nömrə nişanlı rayonlardan birinə sərnişin daşıyan avtobus qarşıdan gələn 1980-cı il təvəllüdlü Ramin Ələddin oğlu Əmiraslanovun idarə etdiyi 99-ED-605 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində zərbənin təsirindən minik maşını deformasıyaya uğrayıb və avtomobildə olan sərnişinlər- Şəmkir rayonunun Təzəkənd kənd sakinləri- 1954-cü il təvəllüdlü Nanə Məmməd qızı Əmiraslanova və 1983-cü il təvəllüdlü Röya Rasim qızı Əmiraslanova aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində dünyalarını dəyişiblər.

Ölənlərin sürücünün anası və həyat yoldaşı olduğu bildirildi. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO