Azərbaycan İdeyası

ABŞ-dan Rza Zərraba zərbə - HÖKM OXUNACAQ

Tarix:16-06-2016, 22:04
Baxış Sayı:429

ABŞ-dan Rza Zərraba zərbə - HÖKM OXUNACAQ
ABŞ məhkəməsi Mayamidə həbs olunan Azərbaycan əsilli türkiyəli iş adamı Rza Zərrabın 50 milyon dollar pul müqabilində azadlığa çıxma təklifini rədd edib.

Qafqazinfo-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Zərraba növbəti məhkəmə prosesində hökm oxunacaq. Bu barədə prokuror Prit Bharara Tvitter hesabında yazıb.

Qeyd edək ki, "New-York Times" nəşrinin müxbiri Benjamin Veyser bir müddət öncə Zərrabın vəkilinin məhkəməyə pul təklif etdiyini bildirib. Belə ki, vəkil 10 milyon dollar nəğd olmaqla məhkəməyə ümumilikdə 50 milyon dollar pul təklif edib. Bunun müqabilində Zərrab Nyu-Yorkda qalmalı, orada GPS naviqatoru vasitəsilə izlənməli və təhlükəsizlik xidmətinin əməkdaşları evinin qapısında 24 saat ərzində keçik çəkməli idi.

Xatırladaq ki, R.Zərrab həyat yoldaşı, müğənni Ebru Gündeşlə Mayamidə istirahətdə olarkən həbs olunub. O, ABŞ-ın İrana olan sanksiyaları nəzərə almayaraq ticarət etmək, dövləti aldatmaq, bank hesabları ilə oynamaq, "çirkli pulların" yuyulması və digər maddələrlə ittiham olunub. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb