Azərbaycan İdeyası

Bakıda müəmmalı yanğın - Pullar, qızıllar yoxa çıxdı - FOTOLAR

Tarix:18-06-2016, 16:02
Baxış Sayı:311

Bakıda müəmmalı yanğın - Pullar, qızıllar yoxa çıxdı - FOTOLAR
Bakının Binəqədi rayonunda müəmmalı yanğın hadisəsi baş verib.

Qaynarinfo.az musavat.com-a istinadən bildirir ki, "3-cü mədən" adlanan ərazidə 4 otaqlı mənzil tamamilə yanıb. Ev sahibinin dediyinə görə, hadisə baş verməzdən əvvəl onlar Bakıda olmayıblar və bir neçə gün evə gəlməyiblər. O bildirib ki, evi tərk edərkən kommunal xətləri bağlayıb. Ev sahibi Emin Mikayılov iddia edir ki, mənzil təsadüfdən yanmayıb. Çünki yanğından sonra televizor və digər məişət, eləcə də qızıl-zinət əşyalarının izi də tapılmayıb. Zərərçəkən deyir ki, pul və qızıl-zinət əşyaları dəmir sandıqçada olub. Amma həmin qab ortada yoxdur. Üstəlik, evin bir pəncərəsinin dəmir barmaqlığı da sınıb.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsindən verilən məlumata görə, istintaq işləri davam etdirilir. Şübhəli şəxs və ya şəxslərin müəyyən edilməsi ilə bağlı hələlik heç bir yenilik yoxdur. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub