Azərbaycan İdeyası

Dönərxanalarda acınacaqlı vəziyyət - VİDEO

Tarix:18-06-2016, 16:39
Baxış Sayı:395

Dönərxanalarda acınacaqlı vəziyyət - VİDEO

Paytaxtda fəaliyyət göstərən dönərxanaların bir çoxu standartlara cavab vermir. Əməkdaşlarımızın apardığı araşdırma belə deməyə əsas verir. Baş çəkdiyimiz dönərxanaların əksəriyyətində heç elementar gigiyenik qaydalara belə riayyət etmirlər. Görünənən odur ki, dönrxana sahibləri yoxlamaların müvəqqəti dayandırılması ilə bağlı qərardan sui-istifadə edirlər.

Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, dönərxanalarla bağlı bir sıra tələblər var. Əsas tələblərdən biri burda çalışan insanların geyimi ilə bağlıdır. Belə ki, dönərçilərin əllərində əlcək olmasa da, başlarında kalpaq, üzərlərində önlüyün və ya xüsusi formanın olması vacib hesab edilir. Çəkiliş zamanı bu tələblərə riayət edən çox az dönərçi gördük.

Bəzi dönərçilər isə geyim qaydalarına riayət etməməsini isti hava ilə əlaqələndirdilər.

Dönərxanalarla bağlı tələblərdən biri də budur ki, onun ərazisi ən az 6 kvadratmetr olsun. Bu tələbdən isə demək olar dönərçilərin xəbəri yoxdur.

Ərazinin kiçik olması bir çox halda başqa bir tələbin pozulmasına gətirib çıxarır. Söhbət dönərxanaların içində işçinin gigiyenası üçün lazımı şəraitin, əl-üz yuyanın olmamasından gedir.

Bəzi dönərxanalarda isə əllərin və qabların təmizliyi eyni yerdə, kustar üsulla hazırlanmış əl-üz yuyanda aparılır.

Hətta elə dönrəxanalar var ki, orada ətin saxlanılması üçün şərait də yoxdur.

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirdi ki, tələblərə cavab verməyən dönərxanalarda fiziki şəxslər 100-200 manat, hüquqi şəxslər isə 200-400 manat arası cərimə olunurlar. Hazırda isə 2 illik müddətə belə müəssisələrdə yoxlanış aparılmır. Ancaq əsaslandırılmış şikayət olarsa adı çəkilən qurum obyektə baxış keçirib hər hansı qərar qəbul edə bilər.

Belə çıxır ki, dönərxanalar yoxlamaların dayandırılması ilə bağlı qərardan sui-istifadə edib elementar gigiyenik qaydalara belə riayət etmirlər. (xezerxeber)
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb